Osman Gündüz:
Aztelekom-da FETÖ məsələsi ilə bağlı yalan məlumatı mediaya sızdırmaq kimə lazım ola bilərdi?
Ötən gün iki nəfərin FETÖ məsələsi ilə bağlı həbs edilməsi xəbərinə münasibət bildirən Aztelekom açıqlama verib ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Maraqlı və diqqətçəkən məqam odur ki, Aztelekom bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılmasını da ARAŞDIRDIQLARINI bildirib.
Görəsən kimlərə lazım olub Aztelekom və RİNN haqqında yalan məlumatları mediaya sızdırmaq ?
Çox maraqlı məsələdir.
Məlumat üçün qeyd edim ki, son zamanlar Aztelekom bir neçə ciddi layihələrə start verib :
1. Aztelekom son illərdə öz maliyyə-menecment məsələlərini sağlamlaşdıraraq Avropa banklarından 85 milyon manat kredit ala bilib və hazırda bütün ölkə üzrə strateji bir "Onlayn Azərbaycan" layihəsini reallaşdırır.
Yeri gəlmişkən, açıqlanan məlumatlara görə Aztelekom McKinsey şirkətinin Türkiyə ofisinin məsləhət xidmətlərindən də istifadə edir
2. Diqqət çəkən həm də odur ki, nəhəng təbii inhisar subyekti olan Aztelekom təzəlikcə ölkədə 3-cü magistral provayder olaraq da fəaliyyətə başlayıb və artıq özü-özünü də internetlə təmin edə biləcək
3. Uzun müddətdir ki, Aztelekom və Baktelekom-un birləşdirilməsi istiqamətində işlər aparılırdı. Hazırda bu iki qurum defakto, yəni fakitiki olaraq bir qurum kimi idarə olunur, amma deyure iki qurumdur.
Antiinhisar bu iki qurumun birləşdirilməsinə son vaxtlarədək icazə verməmişdi.
İki inhisarçının, əslində məntiqli olaraq bir qurumda birləşdirilməsinin də 2023-də başa çatacağı məsələsi kredit verən bankın sənədlərində də öz əksini tapıb.
4. Aztelekom beynəlxalq səs trafikinə də nəzarət edir. Xatırlayıram ki , " MTN işi" ilə bağlı o zamanlar bu sahədə də müəyyən problemlərin olduğu üzə çıxmışdı.
Düşünürəm ki, əgər həqiqətən də Aztelekom-a, RİNN-ə qarşı separat sövdələşmə varsa, bu qeyd edilənlərdən dolayı, həmçinin bizə məlum olmayan digər məsələrlə bağlı da ola bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.