Vahid Qazi:
Dünyanın bütün mədəniyyətləri bir bütöv bəşəri dəyərin rəngbərəng ilmələridir
"Növbəti kitabı mədəniyyət, incəsənət, ədəbiyyat yazılarından tərtib etmək fikrinə düşəndə görəcəyim ilk iş onları toplamaq oldu.
Toplayıb nəzərdən keçirdim. Gördüm bu yazılardan açılan yaddaş cığırı adamı ömrün yarım əsrlik o üzünədək aparır. Hər yazını oxuduqca yurda aparan cığırın Yurd qoxusunu sən də duyacaqsan, dostum oxucu. Hətta bizim olmadığını zənn etdiyin mədəniyyət nümunələrini, sənət adamlarını – Bethoven, Ştraus, Berqman, Tarkovski, Fellini, “Sonalar gölü”, ABBA kimi – öz ruhundan keçirəcəksən və görəcəksən ki, onlar da elə səninkidir. Üzeyir Hacıbəyov, Qara Qarayev, Aşıq Ədalət, Təbriz miniatürləri, Qarabağ xalıları, Səttar Bəhlulzadə, Ramiz Rövşən, Rüstəm İbrahimbəyov, Vaqif Mustafazadə kimi. Çünki dünyanın bütün mədəniyyətləri bir bütöv bəşəri dəyərin rəngbərəng ilmələridir.
Son kərə bir də başdan oxuyanda fikir verdim ki, “Bekar(a) ömür”dən savayı bütün yazılar İsveçdə yazılıb. Qürbətdə yazılsalar da, hamısının üzü vətənədir, adamı yaddaş cığırı ilə ömrün lap erkən çağınacan, ülvi xatirələrin sahilinə – öz "sonalar gölünün qırağına"can aparırlar.
Elə ona görə də kitabın adı “Sonalar gölünün sahili” oldu".
P.S. Bu sözlər kitaba yazdığım girişdəndir. Bədii zövqünə, fəlsəfi biliyinə, intellektinə güvəndiyim bir dostumuzun rəyindən keçsin bloqumun "Kitablarım" bölümündə dərc edəcəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.