Firuz Mustafa:
Cənnətdə torpaq satan "imam"
Təkcə bir adamdan 420 min manat alaraq cənnətdə ona yaxşı "yer" saxlayıb. Guya özü yeddi dəfə cənnətdə olub...
Bu minvalla cənnətə düşmək istəyənlərdən N qədər pul yığıb.
Bu, xurafat da deyil, nəsə başqa bir şeydir, onun adını siz tapın...
ŞƏRHLƏRDƏN:
Фируз Мустафа:
Özünü imam adlandırıb. Ad- soyadı məlum- Aqil Babayev.
Rovshan Hacibeyli:
Фируз Мустафа, heç olmasa Adil Cəfəri Baba da eləməyib, inandırıcı olmaq üçün)
Natiq Cavadli:
Ad tapmaq müşkül məsələdir, buna ağılsızlıq da demək çətindir, ağıl hansısa səviyyədə ardıcıllıqla azmalıdır ki,belə səfehliyə inansın.
Mamed Mamedov:
Maşenniklikdir bu , başqa nə adı var ?
Arif Məmmədli:
Mamed Mamedov, maşennikdir. Onu bildik. Bəs pulu var deyə, cənnəti də satın almaq iddiasında olanlar kimdir?
Mamed Mamedov:
Arif Məmmədli cahillər və başıboşlar . Sürü arxaya qayıdanda qabağa düşən axsaxlar . Bu və ya digər mənfi yollarla var-dövlət əldə edən şərəfsizlər .
Ali Sadiqov:
Daha çox sosial bərabərsizliyin doğurduğu nəticədir. Adamın 420 000 artıq, lazım bilmədiyi pulu var imiş
Nazile Agayeva:
Sizin kimi ziyalı adam bu nagıllara inanırsa ta heç zad.Adam biznesmendi,8 milyon pulun zorla əlindən alıb basıblar gedər gəlməzə.Bunu da uydurublar ki fırıldaqçı kimi iş vermək mümkün olsun,ta pulun adın çəkməsin.Bunlar zirehli təyyarə ruslar tərəfindən vurulanda quşla toqquşub deyən adamlardı.ikincisi də amerikalı Ayda torpaq satanda olur,müsəlman cənnətdə yer satanda olmur.Bunlar yalan uydurmalardı.İndi kimin pulu var o yazıq kimi bəzi orqanların hədəfindədi
Ариф Джафаров:
"Tamahkarı yalançı aldadar" məsələdi, Firuz müəllim! Tamah nə qədər güclüdü, cənnəti də qamarlamaq istəyirlər.
Rovshan Azizov:
Bunun adı cəhalətdir. Bu barədə Qur'anda belə deyilir: Siz Qiyamət günü yalvarıb deyəcəksiniz " Ya Rəbb keç günahımızdan, bizi Şeytan aldatdı". Onda Mən" sizə öncə ağıl vermişdim, sonra Kitab göndərmişdim. Nəyə görə ağlınızdan istifadə edib Kitabın yox ,şeytanın arxası ilə getdiniz. Girin Cəhənnəmə" deyəcəm. Mən belə məsələlərdə aldadana yox , aldanmışlara nifrət edirəm. Cahilliyin də bir həddi olar.
Azər Firidunoğlu:
Bu əhləb bəlkə 420 minə kosmosa səyahət çıxıb... belə bir kosmotruzm xidmət var. İmkanlı adamlar gedir...
Ramazan Səməroğlu:
Dini fırıldağın bir avamı aldatmasıdır.İyirmi birinci əsrin adamınım düşüncəsinə baxın...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.