Xanım İsmayılqızının yeni yazdığı “Qarabağ” şeiri kitabxanaya təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızı yeni yazdığı “Qarabağ” şeirini oxucuların çoxsaylı istəyi ilə kitabxanaya təqdim etdi.
Azərbaycanda keçirilən Özbəkistan mədəniyyət günlərinin açılışına həsr olunmuş möhtəşəm konsert proqramında müəllifin “Qarabağ” şeirinə bəstələnmiş mahnı Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın ifasında ilk dəfə səsləndirildi.
Kitabxananın oxucularına təqdim edilən bu şeirdə Vətən məhəbbəti, yurd sevgisi gözəl və canlı tərənnüm olunur. Şeirdə şairin təbirincə desək gözlərinin nuru, canı, qanı, nəfəsi gözəl, əsrarəngiz Qarabağ vəsf edilir.
QARABAĞ
Torpağın sevgisi qanıma köçüb,
Yanğısı ruhuma, canıma köçüb,
İstərəm ömürlük qoynuna köçüm,
Gözlərimin nuru, canım Qarabağ.
Sənin yerin mənim gözümün üstə,
Talelər yazılır izinin üstə.
Varlığın yurd salır səsimin üstə,
Gözlərimin nuru, canım Qarabağ.
Şuşa dağlarının sirli dumanı,
Sözsüz dilləndirir tarı, kamanı.
Azərbaycanımın nəfəsi, qanı,
Döyünən ürəyim, yurdum Qarabağ.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.