“İrandakı səfirliyimizə hücum zamanı yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, yaralanan şəxslərin vəziyyəti qənaətbəxşdir: “Diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür və gücləndirilir”.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
X X X
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.
Bu barədə "Tasnim" agentliyinə Tehran Polisinin rəisi Sərdar Hüseyn Rəhimi məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyi bu barədə məlumatlandırılıb.
"Həmin şəxs Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Bu gün səhər saatlarında olan hadisədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs dərhal həbs edilib və onun barəsində istintaq davam edir", - deyə o söyləyib.
Polis rəisinin iddiasına görə, şübhəli şəxs iki azyaşlı övladı ilə səfirliyə daxil olub və ilkin dindirilmə zamanı motivin şəxsi və ailə problemləri olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
X X X
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində həlak olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi ən qısa zamanda Vətənə gətiriləcək.
Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Hazırda bu xain hücum üzrə araşdırma gedir.
( Sosial şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.