Osman Gündüz:
“Azərbaycan Dəmir Yolları” QSC yenə də cəmiyyətin gözləntisini deyil, özünə xoş gələni paylaşır
Bakı - Balakən, Bakı - Astara, Bakı -Yalama və s. qatarları nə zaman işə düşəcək?
ADY açıqlama yayıb ki, cari il ərzində neçəsə milyon sərnişin daşıyıb, artım olub və s.
Maraqlıdır ki, ADY bu rəqəmləri bütün daxili reyslərin işlədiyi bir neçə il əvvəlki dövrlə deyil, pandemiyadan sonrakı dövrlə müqayisə edib
Amma cəmiyyəti maraqlandıran suallar odur ki, nə zaman bütün ölkə üzrə sərnişindaşıma bərpa olacaq, nə zaman 4 il əvvəlki rəqəmlərə çata biləcəyik, 4 il ərzində işləmyən Bakı - Balakən, Bakı - Astara, Bakı- Yalama və s. qatarları nə zaman işə düşəcək.
Son zamanlar ADY rəhbərliyinin Bakı -Gəncə və bu xətt üzrə bir neçə digər bölgələrə, Bakı - Qəbələ, Bakı ətrafı istiqamətlərə sərnişindaşınması ilə bağlı səyləri təqdirəlayiqdir.
Amma təəssüf edirəm hələlik ADY-nin yeni rəhbərliyi digər bir neçə vacib daxili istiqamətlər üzrə açıqlamalar verməkdə maraqlı görsənmir.
Hələ də ölkədaxili qatarların hərəkətinin nə zaman bərpa ediləcəyi qeyri-müəyyəndir.
Əvvəllər deyirdilər ki, qatarlar yoxdur, gah deyirlər dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər dəmir yollar bərpa olunur. Ağlabatan bir açıqlama ortada yox idi.
İndi isə görünən odur ki, bu tip nağılları yeni rəhbərlik təkrarlamaq istəmir, amma ağlabatan bir açıqlama da ortada yoxdur.
Maraqlıdır ki, təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan daxili istiqamətlərin çox hissəsi üzrə fəaliyyətini dayandırması Antiinhisar qurumu da narahat etmir. Yeri gəlmişkən, Antiinhisar Xidmətin bu qurumda apardığı yoxlamaların da nəticəsi məlum olmadı.
Eyni zamanda, gözlənilirdi ki, yeni rəhbərlik Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hökumətdən subsidiya alacaq və gələn ilin əvvəli daxili istiqamətlərdə qatarlar işləyəcək.
Görəsən hökumətdən yardım ayrıldımı, qatarlar alındımı , yaxud alınırmı, görəsən baxımsız vəziyyətdə olan dəmir yolları və stansiyalar bərpa olunurmu, adı çəkilən istiqamətlərə nə zamana nəzərdə tutulur sərnişindaşıma ?
Vətəndaşlar, biznes, turizm sektoru işlərini necə nizamlasınlar?
Cəmiyyət ADY-dən məhz bu istiqamətdə açıqlamalar gözləyir.
Ümid edirəm ADY-nin yeni rəhbərliyi də bunların fərqindədir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.