Rusiya XİN: Bakı ilə İrəvan arasında tələsik hazırlanmış sülh müqaviləsi yeni münaqişələrə səbəb olacaq
Azərbaycanla Ermənistan arasında keyfiyyətli və lazımi hazırlıq bahasına tələsik sülh müqaviləsi bağlamaq cəhdi gələcəkdə yeni münaqişələrlə nəticələnəcək. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
“Tələsik hazırlanmış, kobud sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq. Prioritet sürətə deyil, balanslaşdırılmış və qarşılıqlı məqbul qərarların keyfiyyətli hazırlanmasına verilməlidir”, - diplomat vurğulayıb.
Beləliklə, o, vaxtaşırı Qərb paytaxtlarından Bakı və İrəvanın “demək olar ki, yaxın həftələr və aylar ərzində” sülh müqaviləsi imzalaya biləcəkləri barədə bəyanatların eşidilməsinə diqqət çəkib. Qonçarın fikrincə, Rusiya ondan irəli gəlir ki, imzalanma şərtlərini tərəflər özləri müəyyən etməlidirlər. “Məsuliyyətli vasitəçilərin vəzifəsi fürsətçi mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, güclü uzunmüddətli razılaşmaların əldə olunmasına kömək etməkdir. Onlar yerlərdə hökm sürən reallıqlara, ilk növbədə, ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan bəyanatlarına və onların əsasında fəaliyyət göstərən mexanizmlərə əsaslanmalıdır”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru yekunlaşdırıb. .
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.