Cəlil Cavanşir:
İnanıram ki, incəsənətin bu sahəsi ölkəmizdə inkişaf edib, böyük auditoriyalara çıxacaq!
1898-ci il avqustun 2-də(Kinonun baniləri Lümyer qardaşlarından təxminən 3 il sonra) fotoqraf Aleksandr Mişonlentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinonun yaranma günü sayılır.
"Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda nef fontanı" 2001-ci ildə Azərbaycan Dövlət Film fondunun təşəbbüsü ilə Fransanın kino arxivindən Azərbaycana göndərilmiş və hazırda filmfondda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır.
18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti nin Sərəncamı ilə avqustun 2-si tarixini kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
Azərbaycan Kinosu Günü münasibəti ilə bütün kino zəhmətkeşlərini, gələcəyə böyük ümidlə baxan, kinomuza töhfələr verən, kinomuzun gələcəyi üçün çalışan hər kəsi ürəkdən təbrik edirəm.
İnanıram ki, incəsənəti bu möhtəşəm sahəsi ölkəmizdə də tezliklə ciddi şəkildə inkişaf edib, böyük auditoriyalara çıxacaq!
Bayramınız mübarək!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.