İsgəndər Sərdarlı:
Xalça muzeyinə gəlib işlərimizlə tanış olub xoş sözlər söyləyən hər kəs bizə çox əzizdir
Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, bu günlər yaradıcılıgımızla tanış olmaga gələnlərin sayı biz gözlədiyimizdən qat qat çoxdur. Düşünürəm elə buna görə dünən Milli İncəsənət Muzeyimizin direktoru, hörmətli Çingiz müəllim bizə gözəl sürpriz etdi. Sərgimizin vaxtını bir daha uzatdı. Bura gəlib işlərimizlə tanış olub xoş sözlər söyləyən hər kəs bizə çox əzizdir. Burda elə hadisələr baş verir ki, onları yəqin heç zaman unutmayacagam. Xalça muzeyimizin ekspozisiya bölməsinin əməkdaşı Emiliya Zeynalovanın latviyalı rəfiqəsiylə yaradıcılıgımıza qarşı sərgilədikləri münasibət bizi çox duygulandırdı. Elə içəri girər girməz çəkilişə başlədılar. Gözəl bir reportaj hazırladılar. Hər bir işi diqqətlə öyrənir, bizi danışdırırdılar. Onların dediklərini bura yaza bilmirəm, təvazökarlıqdan uzaq olar. Sonda isə rəfiqələr əhatəmizdə dayanıb xorla bizə görə, yaratdıqlarımıza görə uca səslə Allaha dua etməyə başladılar. Düzü belə şeyləri mən yalnız filmlərdə görmüşəm. Əslində bu sənətə olan ən gözəl münasibət idi. Bu arada sərgimizə gəlmiş və gəlməkdə olan Xalça muzeyimizin ayrı ayrı təmsilçilərinə də çox sag ol deyirik!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.