Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə yeni mahnı həsr olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, şair, uşaqlar arasında nağıl yazarı – "Gülzar nənə" kimi tanınan və sevilən Gülzar İbrahimova kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni mahnı təqdim etdi.
1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar oxuculara hədiyyə edilən “Ana dilim” adlı mahnının musiqisi və ifa Elşən Nicata məxsusdur.
Gülzar İbrahimova
Ana dilim
Mənim bir gözəl yurdum,
Çox mehriban elim var,
Danışanda bal dadan,
Azərbaycan dilim var!
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var...
Nəqarət:
Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Dilim Dədə Qorqudun,
Kecmişi, əzəlidir.
Həm də ata-anamın,
Məni sevdiyi dildir,
Mənim ana dilimdir,
Azərbaycan dilimdir!
Var min illik tarixim
Nağılım, dastanım var,
Tükənməyən sərvətim,
Azərbaycan dilim var.
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var.
Nəqarət:
Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Dilim Dədə Qorqudun,
Kecmişi, əzəlidir.
Həm də ata-anamın,
Məni sevdiyi dildir,
Mənim ana dilimdir,
Azərbaycan dilimdir!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.