Yeni araşdırmanın müəllifləri qab yumaq üçün istifadə edilən vasitələrin tərkibindəki bəzi kimyəvi maddələrin təhlükəsiz olmasına şübhə ilə yanaşırlar. Bağırsaq hüceyrələrinin modelləri göstərir ki, orada komponentlərin yüksək dozada olması bağırsağı zədələyə bilər.
“Hightech” xəbər verir ki, kommersiya təyinatlı qabyuyan maşınlar maksimal səmərə üçün nəzərdə tutulub. Yəni qabın 2 dəqiqə ərzində yuyulması və yaxalanması üçün minimum miqdarda sudan istifadə edilməlidir. Yeni araşdırmanın müəllifləri müəyyən ediblər ki, bu cür qabyuyan maşınlarda yuyulmuş qablarda qalan kimyəvi maddələr insanın bağırsaqlarına mənfi təsir göstərə bilər.
Araşdırmanın rəhbəri, Sürix Universitetindəki İsveçrə Allergiya və Astma Tədqiqatları İnstitutunun direktoru Çezmi Akdis deyib: “Bizi narahat edən odur ki, cihazların çoxunda yuyucu vasitə qalıqlarını təmizləmək üçün əlavə yaxalama sikli nəzərdə tutulmayıb. Bu o deməkdir ki, potensial toksik maddələr qabın üzərində qalır və orada quruyur”.
Tədqiqatçılar zədələnməyə səbəb olan konkret kimyəvi maddələr üzərində aparılan araşdırma nəticəsində müəyyən ediblər ki, yuyucu və təmizləyici vasitələrdə çox vaxt istifadə edilən alkoqol etoksilatları insan orqanlarına oxşar üçölçülü strukturlar əmələ gətirir və bağırsaqlara mənfi təsir göstərir.
Əvvəlki araşdırmalar nəticəsində ekspertlər bu qənaətə gəlmişdilər ki, alkoqol etoksilatları insan hüceyrələri üçün toksik deyil. Yeni tədqiqat isə bu nəticəni şübhə altına alır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.