Özbək teatrı Musiqili Teatrın səhnəsində - "ÖTƏN GÜNLƏR" və "QAYINANA"
Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçiriləcək.
Layihə çərçivəsində Daşkəndin Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək. Kollektiv avqustun 2-də saat 19:00-da "Ötən günlər" və avqustun 3-də saat 19:00-da "Qayınana" tamaşasını oynayacaq.
Qeyd edək ki, "Ötən Günlər" tamaşası özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Abdulla Qədrinin eyniadlı romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin bəstəkarı Sərvər Yusupov, rejissoru Bahodir Nazarovdur.
“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyasının isə rejissoru Daston Xakberdiyevdir.
Hər iki tamaşanın dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimovdur.
Xatırladaq ki, özbək teatrının ifasında "Qayınana" tamaşası Musiqili Teatrının səhnəsində ilk dəfə deyil. Ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin ifasında da nümayiş olunub.
AZpress.AZ,Minə Türksoy
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.