Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi layihənin icrasını başa çatdırdı
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant müsabiqəsi çərçivəsində “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə “Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizə təşəbbüsləri” mövzusunda “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsinin icrasını başa çatdırmışdır.
Layihə Ağstafa və Tovuz rayonlarını əhatə etmişdir.
Layihənin ideyası qadınlara qarşı zorakılığın olmadığı cəmiyyətin təşviq edilməsidir. Layihə çərçivəsində “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı e-kitab hazırlanmış və açıq internetdə yerləşdirilmişdir. Həmçinin “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və buklet hazırlanmışdır. Kitabça və bukletlər, təlimlərin iştirakçılarına və regionda əhali ilə sıx işləyən müxtəlif dövlət orqanlarına, muzeylərə, məktəblərə, Heydər Əliyev mərkəzinə, kitabxanalara payalanılır. Layihə üzrə Tovuz və Ağstafa rayonlarında ümumilikdə 12 regional təlimlər keşirilmişdir. Təlimlərdə Tovuz rayonu üzrə Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Tovuz rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Respublika Süni Mayalanma Mərkəzinin, Tovuz Aşıq sənəti Dövlət Muzeyinin, Tovuz rayonu Nizamı adına Mədəniyyət Mərkəzinin, Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Tovuz rayon Mədəniyyət Mərkəzinin,Tovuz rayonu Heydər Əliyev Mərkəzinin, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Tovuz rayon xəstəxanasının, Tovuz Turan Futbol klubunun əməkdaşları və Tovuz şəhərinin, Əyyublu, Abulbəyli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Aran Yanıqlı, Bozalqanlı, Aşağı Quşçu və Düz Cırdaxan, Dondar, Aşağı Öysüzlü, Xatınlı, Qaraxanlı, Çatax, Aşağı Quşçu, Hunnanlar, Çeşməli, Alakol, Bayramlı, Əli Mərdanlı, Hunnanlar kəndlərindən; Ağstafa rayonu üzrə Həsənsu kənd tam orta məktəbinin, Eynallı kənd tam orta məktəbinin, Aşağı Göycəli kənd Ə. Həmidoğlu adına tam orta məktəbinin, Köçəsgər kəndi 1 və 2 saylı tam orta məktəblərin, Dağ Kəsəmən kənd 1№-li tam orta məktəbinin müəllimləri və əməkdaşları, Həsənsu kənd uşaq baxçasının Köçəsgər kəndi 2 saylı uşaq baxçasının əməkdaşları, Həsənsu, Eynallı və Dağ Kəsəmən kənd kitabxanalarının əməkdaşları, Eynallı kənd mədəniyyət evinin və Köçəsgər kənd icra nümayəndəliyinin əməkdaşları, Azətiqaz İstehslat Birliyinin əməkdaşları, Həsənsu, Eynallı, Köçəsgər, Aşağı Göycəli, Zəlimxan, Yuxarı Göycəli, Yenigün, Muğanlı, Dağ Kəsəmən müxtəlif yaş və cinsə aid olan sakinləri dəvət olunmuşdur.
Təlimdə qadınlara qarşı məişət zorakılığının anlayışı, növləri, qadınlara qarşı məişət zorakılığın tipləri, fiziki zorakılıq, psixi zorakılıq, seksual zorakılıq, iqtisadi zorakılıq və qadının ehtiyaclarına etinasızlıq, məcburi nikah, erkən nikahlar, könüllü erkən nikahlar barədə geniş məlumatlar verilmiş, islamda qadına münasibət və qadınların işləmək və ünsiyyət imkanlarının məhdudlaşdırılması, qadınlara münasibətdə təqib, cinsi qısnama məsələləri müzakirə edilmiş, təlimçi tərəfindən misallarla geniş izah edilmişdir. Təlim zamanı təlimin iştirakçılarının qadınlara qarşı məişət zorakılığının ayrı-ayrı formaları ilə bağlı suallarına cavablar verilmişdir. Təlimin sonunda qadınlara qarşı məişət zorakılığı hallarının gizlədilməsinin daha ağır nəticələrə gətirməsi, məişət zorakılığının qurbanlarının müdafiəsi zamanı konfidensiallıq məsələlərinə riayət edilməsi və onun konkret proseduru izah edilmişdir. Məişət zorakılığı hallarında müraciət ünvanları və onların imkanları barədə məlumatlar verilmişdir.
Təlimin iştirakçılarına qadınlara qarşı zorakılıq hallarınını müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanılmışdır. Təlimin iştirakçıların xırda hədiyyələr şarflar paylanılmış, müzakirələr çay süfrəsi arxasında davam etdiriilmişdir. Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verilmişdir.
Layihənin icrası başa çatməşdır.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.