İsgəndər Sərdarlı:
"Xalqın hikməti, elin sənəti" adlı sərginin ilk təqdimat günü oldu
Əziz dostlar Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Xalqın hikməti, elin sənəti" adlı sərgimizin ilk təqdimat günü oldu. Bu sərgini xüsusi sevgiylə,kübarcasına ərsəyə gətirən muzey rəhbərliyinə, personalına, şəxsən həm də məbədgah saydıgımız bu gözəl muzeyimizin direktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevə Sərdarlılar ailəsi adından dərin təşəkkürümüzü, ehtiramımızı, saygımızı bildiririk. İndi bu məbədgah bizə daha da dogmalaşdı. Yalnız muzey tərəfindən təşkil edilən möhtəşəm bir sərgiyə görə yox. Hələ illər öncə bu muzeydə hörmətli Çingiz müəllimin rəhbərliyi altında fəaliyyət göstərən xüsusi komissiya işlərimizə yüksək dəyər verirdi. Bu ilin əvvəllərindən başlayaraq isə əl işlərimizi sənət əsərləri kimi dəyərləndirməyə başladılar. Təbii ki, bu bizə qarşı böyük etimad idi həm də. Ən əsası hazırladıgımız sandıq, mücrü, bəzi xüsusi zinət əşyaları Azərbaycanda ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirildi. Bu fakt özü gördüyümüz işləri bizim üçün bir müqəddəs missiyaya çevirdi. Qarşımızda yeni aydın, həm də cazibədar üfüqlər açdı. Çingiz müəllimin əsərlərimizi geniş kütlələrə təqdim etmək qərarı həyatımızda yeni, həm də daha məsuliyyətli bir mərhələnin formalaşına əsas verdi. Bir sözlə Azərbaycan mədəniyyətinin, incəsənətinin Çingiz müəllim kimi korifeyinin, onun rəhbərliyi altında çalışan əməkdar rəssam,ali dərəcəli bərpaçı ekspert Natiq Səfərovun məhz bu muzeydə bizi kəşf etməsi həyatımızı dəyişdi. Bundan başqa bu yolda bizim əlimizdən tutub büdrəməməyimiz üçün həm nəsihətlərini, qaygılarını əsirgəməyən rəssamlarımıza,sənətşünaslarımıza minnətdarlıgımızı bildirmək istəyirik.Xalq rəssamları Aydın Rəcəbov, Xanlar Əhmədov, Sakit Məmmədov, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, əməkdar rəssam Məmmədhüseyn Hüseynov həm də bizim üçün böyük bir məktəbə çevrildilər.Azərbaycanımızın bu görkəmli sənətkarlarnın bizə münasibəti, dəstəyi bizim üçün ölçüyəgəlməz yaradıcılıq enerjisi mənbəyidir. Onların bizi bu məqama gətirməsinə görə çox xoşbəxtik!!! Sənətimizə diqqət, saygı göstərən bütün dostlarımıza bir daha minnətdarlıgımızı bildiririk!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.