Rəşad Dağlıya HÖKM OXUNDU
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəmə prosesi sona çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edib və yüngül cəza verilməsini xahiş edib. Sonra R.Dağlı son söz deyib:
“Mənim necə insan olduğumu xalq bilir. Həmişə dövlətimin yanında olmuşam. Bundan başqa mənim iki övladım var, ödənişli təhsil alırlar. Azadlıqdan məhrum edilsəm, necə olacaq. Xahiş edirəm nəzərə alasız, mənə həbslə bağlı olmayan cəza verəsiz”.
Daha sonra hökm oxunub və hökmə əsasən Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.