“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır”
layihəsi üzrə Ağstafa rayonu Aşağı Göycəli kəndində növbəti regional təlim keçirilmişdir
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsi üzrə Ağstafa rayonunda regional təlimləri davam etdirir. Ağstafa rayonunda növbəti təlim 27 iyul 2023-cü il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kənd Ə. Həmidoğlu adına tam orta məktəbində keçirildi.
Təlimə Ağstafa rayonu Göycəli kənd Ə. Həmidoğlu adına tam orta məktəbinin əməkdaşları, Ağstafa rayonu Aşağı Göycəli, Yenigün kəndlərindən müxtəlif yaş qrupuna və cinsə daxil olan iştirakçılar dəvət olunmuşdur.
Təlimdə qadınlara qarşı zorakılığın səbəbləri, bu səbəblərlə bağlı geniş yayılmış fikirlər, bu fikirlərin bəzilərinin yanlış olması, qadınlara qarşı zorakılığın fiziki, psixoloji, iqtisadi formaları, təqib, cinsi qısnama, qadınların işləməyə qoyulmaması, bunun qadınların hüquqlarının pozulması və onalara qarşı məişət zorakılığı olması, qadınlara qarşı məişət zorakılığı olan ailələrdə qadınllarda və uşaqlarda hansı fəsadları doğurması, uşaqlıqda ailədə zorakılıq görən və ya özləri zorakılığa məruz qalmış uşaqların da bu zorakılığı təkrarlaması, cəmiyyət üçün təhlükəli insanlara çevrilməsi, qadınların onlara qarşı zorakılığa təhrik etməsi, qadının ona qarşı törədilən məişət zoraılığında təqsirkar olması, qadınların əmək haqları və digər qazancları üzərində müstəqil sərəncam verə bilməməsi, ailədə iqtisadi problemlərin olmasınıın məişət zorakılığı üçün əsas olmaması. erkən nikahları doğuran səbəblər, erkən nikahların Azərbaycanda ənənə olmaması, erkən nişanlanmalar, erkən nikahların ailənin maddi vəziyyəti, iqtisadi problemlərlə əlaqələndirilməsinin əsassız olması, erkən nikahlarla mübarizədə ictimaiyyətin rolu, ictimai qınağın tətbiqi imkanları, erkən nikahlara həm fiziki, həm də psixoloji və digər məcburetmənin cinayət olması, belə zorakılıqda iştirak edən valideynlərin və digər şəxslərin məsuliyyət daşıması, məişət zorakılığından zərərçəkənlərin dövlət müdafiəsi prosedurları, konfidensiallıq kimi mövzular əhatə olunmuşdur.
Təlimin iştirakçılarına qadınlara qarşı zorakılıq hallarının müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanıldı. Təlimin iştirakçıların xırda hədiyyələr şarflar və yaylıqlar paylanılmış, müzakirələr çay süfrəsi arxasında davam etdirildi. Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verildi.
Təlimdə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İsa Məmmədov, Ağstafa rayonu Aşağı Göycəli kənd Ə. Həmidoğlu adına tam orta məktəbinin direktoru Əhəd Musayev iştirak etdi.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.