“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır”
layihəsi üzrə Ağstafa rayonu Aşağı Göycəli kəndində regional təlim keçirilmişdir
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsi üzrə Ağstafa rayonunda regional təlimləri davam etdirir. Ağstafa rayonunda növbəti təlim 25 iyul 2023-cü il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kəndində keçirildi.
Təlimə Ağstafa şəhəri, Ağstafa rayonu Aşağı Göycəli, Köçəsgər, Zəlimxan, Yuxarı Göycəli, Yenigün, Muğanlı kəndlərindən müxtəlif cinsdən olan iştirakçılar dəvət olunmuşdular.
Təlimdə qadınlara qarşı məişət zorakılığının fiziki, iqtisadi, psixoloji, cinsi zorakılıq kimi formaları, bəzi hallarda qadınlara qarşı bir çox münasibətlərin məişət zorakılığı olduğunu qadınların bilməməsi, qadınlara qarşı məişət zorakılığını doğuran səbəblər və bəzi hallarda bu səbəblər haqqında formalaşmış fikirlərin düzgün olmaması, məişət zorakılığının geniş yayılmış formaları olan qızların 9-cu sinifdən sonra məktəbdən çıxarılması və ərə verilməsi, bir çox hallarda bunun qızın özünün “sevməsi” ilə izah edilməsi, məişət zorakılığının nəticələri, bu nəticələrə ailələrin dağıması, qadınlarda müxtəlif xəstəliklərin yaranması, uşaqların zorakılığa meylli olması, qadınlara qarşı məişət zorakılığının aradan qaldırılmasının onun qarşısının alınmasından daha çətin olması ilə bağlı müzakirələr aparıımışdır. Məişət zorakılığının bir növü kimi erkən nikahların geniş yayılmasının səbəblərinin islam və mentalitetlə əlaqələndirilməsinin düzgün olmaması, erkən nikahların pozulması zamanı uşaqların rəsmiləşdirilməsi və qızların hüquqları, könüllü və məcburi erkən nikahlarda valideynlərin və bu nikahda iştirak edən digər şəxslərin məsuliyyəti, məişət zorakılığı ilə mübarizədə və onun qarşısının alınmasında, zorakılığın qurbanlarının müdafiəsində dövlət orqanlarının və ayrı-ayrı-QHT-lərın rolu və vəzifələri barədə, zorakılıq hallarında müraciət ünvanları barədə geniş biliklər verildi.
Təlimin iştirakçılarına qadınlara qarşı zorakılıq hallarının müəyyən edilməsi, əlamətləri və digər məsələləri əhatə edən “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabça və bukletlər paylanıldı. Təlimin iştirakçıların xırda hədiyyələr şarflar və yaylıqlar paylanılmış, müzakirələr çay süfrəsi arxasında davam etdirildi. Təlimin sonunda iştirakçıların konfidensial müraciətləri üzrə məsləhətlər verildi.
Təlimdə Ağstafa rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini İsa Məmmədov iştirak etdi.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.