29 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: REAL-ı nə gözləyir?

1 il əvvəl 729 01

Bəybala Mirzəyev:

REAL-ı nə gözləyir?

Ölkədə fəaliyyət göstərən 59 partiyaya "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə görə iyulun 10-na qədər vaxt verilmişdi ki, yenidən qeydiyyata alınmaları üçün üzvlərinin reyestr məlumatlarını Ədliyyə Nazirliyinə (ƏN) təqdim etsinlər.

Hər bir partiya minimum 5 min nəfər üzvün reyestr məlumatlarını sözügedən nazirliyə təqdim etməliydi. Bu məlumatları təqdim edə bilməyən 31 partiya artıq bağlanıb.

REAL Partiyası isə bu yaxınlarda 5 min üzvü haqda məlumatları nazirliyə təqdim etmişdi. Və ötən gün Ədliyyə Nazirliyindən REAL partiyasının qeydiyyatla bağlı müraciətinə cavab verilib.

Partiyanın sədri İlqar Məmmədov nazirliyin həmin üzvlərlə bağlı təqdim etdikləri siyahı üzrə araşdırma apardığını bildirib.

İlqar Məmmədov təqdim etdikləri siyahının nazirlik tərəfindən qəbul edilmədiyini və siyahının yenidən tərtib edilməsi üçün partiyaya 30 gün vaxt verildiyini açıqlayıb.

Açıqlamada olduqca maraqlı məqamlar var.

Məlum olub ki, REAL-ın nazirliyə təqdim etdiyi siyahıda adları yer alan şəxslərin bəziləri ümumiyyətlə o partiyanın üzvü deyil, bəziləri isə dünyasını dəyişib.

İ.Məmmədovun açıqlaması:

“Ədliyyə Nazirliyindən rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsi göstərilib, bunu isə məqbul saymırlar. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu.

Qanuna əsasən, növbəti 30 gün ərzində, ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq”.

Belə çıxır ki, REAL-ın üzvləri qeyri-realdır? İlqar Məmmədov belə düşünmür.

Lakin hər bir halda, bir partiyanın 5 min nəfərlik siyahısından 986 nəfəri partiyaya üzv olmadığını bildirirsə və 16 nəfərin isə həyatda olmadığı məlum olursa, bu, əlbəttə, heç də ürəkaçan mənzərə deyil.

Ötən 6 ay ərzində bu qədər üzv toplamaq və onların reyestr məlumatlarını qüsursuz formada tərtib edib nazirliyə təqdim etmək, zənnimcə, mümkün idi.

Ancaq REAL-ın 30 günə 4500+ yeni üzv toplaya biləcəyi isə bəlli deyil.

Bu arada İlqar Məmmədovun məsələyə reaksiyası da olduqca maraqlıdır. Təbii ki, o, ƏN-in bu mövqeyi, bu rəyi ilə razılaşmır və hesab edir ki, onların təqdim etdiyi siyahıda bu qədər əyər-əskikliklər ola bilməz.

İ.Məmmədovun fikrincə, iqtidar REAL-ın qarşıdan gələn parlament, prezident və bələdiyyə seçkilərində iştirak etməyini istəmədiyinə görə partiyanın təqdim etdiyi siyahını yararsız elan edib.

Maraqlıdır, hakimiyyət REAL Partiyasının sözügedən seçkilərdə iştirakını nədən istəməsin ki?

Axı son vaxtlar (son 2-3 ildə) hakimiyyətlə REAL arasında normal münasibətlər yaranmışdı. İlqar Məmmədov dövlət rəsmiləri ilə görüşürdü, PA-nın (Prezident Administrasiyası) işğaldan azad edilmiş ərazilərə təşkil etdiyi partiya sədrlərinin birgə səfərlərinə qatılırdı, hətta AzTV-nin verilişlərində də iştirak edirdi. Üstəgəl, REAL-ın əsas simalarından biri sayılan Erkin Qədirli də Milli Məclisdə təmsil olunur.

Bütün bunların fonunda, indi birdən-birə nə baş verib ki, iqtidar REAL-ın təkrar qeydiyyata alınmasından vaz keçmək istəyir?

Bildiyim qədərilə elə bir ciddi hadisə baş verməyib. REAL-ın təqdim etdiyi siyahının ƏN tərəfindən qəbul edilməməsi və siyahının yenidən tərtib edilməsi üçün partiyaya 30 gün vaxt verilməsi adi prosedur qaydadır. Belə bir hal ilə istənilən digər partiya da üzləşə bilər. O biri partiyaların da ƏN-ə təqdim etdikləri analoji siyahılarda eyni boşluqların, əyər-əskikliklərin ortaya çıxması mümkündür.

Ona görə də REAL ona verilən 30 gün vaxtdan maksimum səmərəli istifadə edib üzvlərinin siyahısını qaydaya salmalı və ƏN-ə təqdim etməlidir. Böyük ehtimalla REAL-ı qeydə alacaqlar. Məncə, iqtidar konstruktiv müxalifət hesab etdiyi REAL Partiyasının bağlanmasını əsla istəməz.

(Ardı var)

Bu silsilədən olan yazıların əvvəli burada: https://www.facebook.com/beybala.mirzeyev/posts/pfbid08zTSYzzUF4obvcT76uN3fzy1yva8pVvo165GPxCfNii5GKt1i571Y6EiE15mFxsXl

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com