Elman Eldaroğlu:
Elə bil hotel otağı yox, Priqojinin əsgərlərinin kazarmasıdır…
Bəli, dağlıq bölgələrimizə- Quba, Xaçmaz, Qusar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın və digər rayonlarımıza məxsus olduğu kimi, Şuşanın da havası sərin və təmizdir. Burada qeyri adi gözəllikdən söhbət açmağına dəyməz. Sadaladığım rayonların relyefi kimi, dağlıq və dağətyi ərazilərdən ibarətdir. Üstünlüyü təkcə odur ki, üç-beş mənəvi yükü olan tarixi abidəsi var. Bəzilərinin dediyi kimi, dükanlarda heç də bahalıq deyil- “Bolmart”, “Araz market” və “Bazar store” ticarət şəbəkələrinin filialları burada da fəaliyyətdədir. Amma hotellərində xidmətin səviyyəsi ürəkbulandırandır. Məsələn, “Xarıbülbül” hotelində vəziyyət çox acınacaqlıdır. 2-3 nəfərlik otaqlara 7-8 nəfər qonaq yerləşdirilib. Çaşıb biri yel buraxsa otağı üfunət iyi başına götürəcək. Şikayət etməyə adam da yoxdur…
Olmaz ki, hər hansı tədbir keçirməmişdən öncə təşkilatçılar hotellərin imkanlarına uyğun qonaq dəvət etsinlər?
Axı insanlar bura qürur duymağa gəlir, təhqir olunmağa yox.
İnanmırsınız onda şəkillərə baxın. Hotel otağı yox, elə bil Priqojinin əsgərlərinin kazarmasıdır…
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.