“Yaradıcı oxucularımız” layihəsinə yeni şeirlər təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi davam edir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, kitabxananın Fəxri oxucusu, şair Solmaz Elqızı kitabxanaya yeni şeirlər təqdim etdi. Şair “Sehrli dünyadır uşaq dünyası” və “Mən” şeirlərində oxucuları gələcəyimiz, ümid yerimiz olan uşaqların maraqlı, əsrarəngiz dünyası, hələ də tükənməyən, dostunu, düşmənini tanıyan, haqqa, ədalətə söykənən “mən”i ilə tanış edir. Şeirlər oxuculara təqdim olunur.
Sehrli dünyadır uşaq dünyası
Necə möhtəşəmdi, necə maraqlı,
Sanki möcüzədi uşaq dünyası.
Sonsuz bir ümmandı dərin soraqlı,
Sehrli aləmdi uşaq dünyası.
Mənəvi qidadı hər bir gülüşü,
Loğmandı, təbibdi uşaq dünyası.
Çox-çox cazibəli körpə yerişi,
Samballı əsərdi uşaq dünyası.
Xoş bir hərəkəti həzz verir cana,
Olduqca şirindi uşaq dünyası.
Onlar böyük ümid Azərbaycana,
Müqəddəs dünyadı uşaq dünyası.
Mən
Eşidin insanlar, sizədir sözüm,
Elə zənn etməyin, tükənmişəm mən.
Aydın səhərim var, nurlu gündüzüm,
Haqqa, ədalətə söykənmişəm mən.
Tanıyıb dostumu və düşmənimi,
Sözümlə bəzədim öz gülşənimi.
Dinləyib hər zaman haqqın səsini,
Şeirin sehrinə bürünmüşəm mən.
Yazmaq hünərimi bilənlər bilir,
Mərdanə kəsləri həyat çox sevir.
Bax dövran beləcə bil davam edir,
Belə yaşamağa öyrənmişəm mən.
Qəlbim çox narahat, ruhum narahat,
Ancaq hünərimlə rahatam, rahat.
Məni bax beləcə yaşadır həyat,
Sözün dünyasına köklənmişəm mən.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.