“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır”
layihəsinin icrası davam edir
Beynəlxalq Hüquq Assosiasiyası İctimai Birliyi, Demokratik İslahatlar və Hüquq İctimai Birliyi, Azərbaycan Maarifçi Gənclər Təşkilatı İctimai Birliyi, Turizmin İnkişafına Kömək İctimai Birliyindən ibarət koalisiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il qrant müsabiqəsi çərçivəsində “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə “Məişət zorakılığı zəminində qadınlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq hallarına qarşı mübarizə təşəbbüsləri” mövzusunda “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində “Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı e-kitab və kitabça hazırlanmış və təşkilatların Facebook səhifələrində yerləşdirilmişdir.
E-kitabda zorakılığın anlayışı, məişət zorakılığının anlayışı, səbəbləri və növləri, mərhələləri və məişət zorakılığı haqqında stereotiplər, məişət zorakılığı haqqında stereotiplər, məişət zorakılığı haqqında mövcud miflər, gender və qadın anlayışları; qadınlara qarşı məişət zorakılığın tipləri, fiziki zorakılıq, psixi zorakılıq, seksual zorakılıq, iqtisadi zorakılıq və qadının ehtiyaclarına etinasızlıq, məcburi nikah, məhvedici ənənəvi təcrübə, məcburi abort və məcburi qısırlaşdırma, erkən nikahlar qadınlara qarşı məişət zorakılığının bir növü kimi, qeydə alınmamış nikahlar, könüllü erkən nikahla, qadın sünnəti; məhvedici ənənəvi təcrübənin digər formaları, qadının evlənmək məqsədilə oğurlanması (bridenapping),i slamda qadına münasibət, qadınların evə qapadılması, onların təhsil və işləmək hüquqlarından məhrum edilməsi, qadının rəhbər vəzifələr tuta bilməməsi, qadınların hərəkət azadlığı, kişinin icazəsi olmadan qadının küçəyə çıxması, kişilərin "üstünlüyü" (derece), qadınları döymək və ya tərk etmək?, qohumlar arasında nikahlar kimi məsələlər və bu problemlərin qadınlara təsiri öz əksini tapmışdır. E-kitabda həmçinin qadınlara münasibətdə təqib, cinsi qısnamanın zorakılıq olması və konkret halların tövsif edilməsi üzrə məsələlər verilmişdir. Qadınlara qarşı məişət zorakılığının müəyyən edilməsində kömək edilməsi üçün qadınlara qarşı məişət zorakılığının əlamətləri və qadınların müdafiəsi məsələləri təhlil edilmiş, zorakılığa məruz qalmış qadınlarla davranış qaydaları izah edilmişdir. Daha sonra qadınlara qarşı internet zorakılığı, onun əlamətləri və aradan qaldırılması, qadının internet vasitəsilə seksual hərəkətlərə cəlb edilməsi, qadınların internetdə zorakılıqdan müdafiəsi kimi məsələlər geniş izah edilmişdir. Kitabda qadınlara qarşı zorakılığın nəticələri izah edilmiş və məişət zorakılığının qurbanlarının müdafiəsi, qadınlara qarşı zorakılığa görə məsuliyyət, Azərbaycan Respublikasında qadınların məişət zorakılığından müdafiəsi, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratdıqda və yaratmadıqda qurbanların müdafiəsi məsələləri izah edilmiş, qadınlara qarşı zorakılıq halında qadınların nə etməli olması ilə bağlı məsləhətlər verilmişdir. Kitabın sonunda qadınlara qarşı zorakılıqla mübarizə üzrə normativ sənədlər verilmiş, məişət zorakılığı hallarında müraciət ünvanları göstərilmişdir.
“Qadınlara qarşı zorakılıq ailəni və ailə dəyərlərini sarsıdır” adlı kitabçada e-kitabda olan mövzular təkrar edilmiş və nisbətən qısa formada, praktiki istifadə qaydalarına uyğun olaraq hazırlanmış və çap edilmişdir. Kitabça regional təlimlərin iştirakçılarına, yerli təşkilatlara, mərkəzlərə paylanacaqdır.
E-kitab məişət zorakılığına məruz qalan və ya belə risq altında olan qadınların istifadə etməsi, məişət zorakılığının ilk elementləri olduqda onların müəyyən edilməsinə, qarşısının almasına və müdafiə üçün necə və hara müraciət edilməsinə kömək etmək üçün nəzərdə tutulmuşdur. Məişət zorakılığı halları və onların əlamətləri geniş izah edilmiş, zorakılıq halında müraciət etmənin vacib olması vurğulanmışdır. Çünki, məişət zorakılığı ailəni sarsıdır, uşaqların sağlamlığına və tərbiyəsinə məhvedici təsir göstərir, uşaqların gələcəyinə mənfi təsir göstərir və ailənin dağılmasına gətirir. E-kitab və kitabça məişət zorakılığı ilə mübarizə sahəsində ixtisaslaşan mütəxəssislər və geniş oxucu dairəsinin istifadəsi üçün də yararlıdır. Layihənin icrası davam etdirilir.
Layihənin rəhbəri Mərhəmət Əsgərova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.