Azərbaycanlı fotoqraflar komanda şəklində beynəlxaq foto müsabiqədə iştirak ediblər
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan 30-cu FIAP Rəngli Bienal adlı beynəlxalq foto müsabiqə keçirilib.
Cari ilin əvvəlində FIAP-ın himayədarlığı altında Yunanıstanda keçirilən federasiyalararası foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 40 ölkəsindən 1063 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.
Qiymətləndirmə prosesi fotoların fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya kubok, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunur. 5-10-cu yerlərin sahibləri isə fəxri lentlər qazanır. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Yunanıstan Fotoqrafiya Cəmiyyətinin medallarını əldə edirlər. Sonda yarışmanın hər bir iştirakşısına çap şəklində müsabiqənin kataloqu təqdim edilir.
Azərbaycanı yenidən bu yarışmada 20 fotoqrafla Gilavar Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən “İdmançılar havada” (rəqəmsal) və “Atəşfəşanlıq” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 135 və 260 bal toplayıblar. Fərdi qiymətləndirmədə Dilavər Nəcəfovun “Sıçrayış” (“The leap”) fotosu “Ən yaxşı fotojurnalistika fotosu” üzrə Yunanıstan Fotoqrafiya Cəmiyyətinin qızıl medalını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 40 ölkə arasında 11-ci, çap kateqoriyasında isə 27 ölkə arasında 17-ci yerə layiq görülüblər.
Qeyd edək ki, azərbaycanlı fotoqraflar Fransada keçirilən 29-cu FIAP Rəngli Bienal foto müsabiqəsində 6-cı yerdə qərarlaşaraq Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri lentini qazanıb. FIAP dünyada UNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun fəxri adlarına layiq görülən 8 fotoqraf var.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.