Fransada iğtişaşlar davam edir
Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar olub.
Bu barədə "France 3" telekanalı məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları iğtişaşçılarla ifrat sağçılar arasında şənbə gecəsi Fransanın qərbindəki Anje kommunasında (Main-et-Luara departamenti) baş verən toqquşmanı araşdırır.
Bildirilib ki, "nümayişçilərlə ultrasağçı qrup arasında baş verən toqquşmadan sonra qanunsuz silah saxlama faktı ilə bağlı bir neçə cinayət işi açılıb". Gecə ərzində kommunada ümumilikdə 11 nəfərin saxlanılıdığı bildirilib.
"France 3" telekanalının məlumatına görə, Fransada qadağan olunmuş ifrat sağçı qrupun nümayəndələri beysbol dəyənəkləri ilə silahlanıblar.
Qeyd edək ki, Fransada 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif yerlərində etirazlar başlayıb və zorakı xarakter alıb.
BFM telekanalının məlumatına görə, iğtişaşlar başlayandan bəri polis 2,4 minə yaxın adamı saxlayıb.
Telekanalın məlumatına görə, ölkə ərazisində çərşənbə axşamı 31, cümə axşamı günü 182, cümə günü 875, şənbə günü isə 1311 nəfər saxlanılıb. Ölkədə ümumilikdə 2399 nəfərin saxlanıldığı bildirilib.
BFM telekanlı bildirib ki, iyulun 1-nə keçən gecə Fransa hökuməti digər günlərlə müqayisədə daha çox güc tətbiq edib. Küçələrdə təhlükəsizliyin təminatı üçün 45 min polis cəlb edilib. Bundan əlavə, hakimiyyət 18 zirehli transportyordan ibarət milli jandarmın zirehli dəstəsindən istifadə etmək qərarına gəlib.
Son toqquşmalarda 79 polis və jandarma əməkdaşının yaralandığı bildirilib (dünən gecə isə bu rəqəm 249 olub).
Ötən gecə 1350 avtomobil yandırılıb (cümə günü gecə isə təxminən 2000 avtobmobil yandırılıb), 234 binaya (dünən gecə 500-ə yaxın) ziyan dəyib. İyulun 1-nə keçən gecə ən böyük iğtişaşlar Marsel, Lion, Sent-Etyen, Tuluza, Bordo, eləcə də Parisətrafı qəsəbələrdə, xüsusən də Sen-Denidə baş verib.
Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib ki, iyunun 30-na keçən gecə iğtişalar zamanı saxlanılanların orta yaşı 17-dir. Bəzi hallarda polis iğtişaşlara qatılan 13 yaşlı uşaqları da saxlayıb.
Etiraz aksiyaları artıq ciddi dövlət böhranına gətirib çıxarıb. Etirazlara paralel olaraq soyğunçuluq halları az qala kütləvi hal alıb. Sahibkarlar taxta, dəmir parçaları ilə silahlanaraq öz mağazalarını, restoranlarını və digər obyektləri qorumağa çalışırlar. Bu hal isə vətəndaş müharibəsi təhlükəsi yaradır. Artıq bir-neçə şəhərdə soyğunçularla dinc vətəndaşlar arasında lokal toqquşmalar qeydə alınmaqdadır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.