Priqojin nəzarətində olan media-holdinqi ləğv edib
Biznesmen və “Vaqner”in təsisçisi Yevgeni Priqojin “Patriot” media-holdinqini ləğv edir.
Bu barədə “İzvestiya” məlumat yayıb.
Media-holdinqin tərkibinə daxil olan nəşrlərdən biri “Nevskiye Novosti” fəaliyyətini dayandırdığını açıqlayıb. “Bizim redaksiyamız fəaliyyətini dayandırır”, - nəşr yazır.
Biznesmen Yevgeni Priqojinlə əlaqəli bir neçə media orqanının və “media fabriki”nin “Patriot” media qrupuna birləşməsi 2019-cu ilin oktyabrında, Priqojin qrupun Qəyyumlar Şurasına rəhbərlik etdiyi vaxt məlum olub. “Patriot” saytındakı məlumata görə, media qrupu “Laxta Plaza” yaşayış kompleksində yerləşir. Media qrupuna FAN agentliyi, “Ekonomika seqodnya” və bir sıra digər portallar daxil idi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.