TAMAM CƏFƏROVA:
"...söz azadlığı dərsi keçən Fransanın iç üzünün nümayişi..."
Fransada irqi ayrı seçkilik zəminində 17 yaşlı gəncin qətlə yetirilməsi və Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq edilməsi faktı bu ölkədə #Makron diktaturasının təzahürü olmaqla yanaşı, dünyaya demokratiya və söz azadlığı dərsi keçən Fransanın iç üzünün nümayişi oldu. Şübhəsiz ki, #diskiriminasiya və #islamafob düşüncə tərzinin dövlət səviyyəsində digər millətin nümayəndələrinə olan nifrətdən irəli gəldiyi açıq-aşkar görünür. Bütün bunlara qarşı Fransada Makron hakimiyyətinə qarşı insanların açıq mübarizə apardığının bir daha şahidi olduq. Bu da fransızların dövlətə etimadının hər gün bir az daha azaldığının göstəricisidir.
Baş verənlərin fonunda iğtişaşlara qarşı polisin şiddətini kameraya çəkən #AZTV–nin əməkdaşlarına qarşı da güc işlədilərək, çəkiliş kamerasının #sındırılması Fransada söz və ifadə azadlığının da məhdudlaşdırıldığını deməyə əsas verir. Əlbəttə, bütün bunları qətiyyətlə pisləyir və Fransanın hüquq mühafizə orqanlarını məsələnin obyektiv araşdırmalarısına və jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilib, cəzalandırılmasına çağırırıq.
Təəssüfedici məqam isə ondan ibarətdir ki, bütün bunlara qərb mediası, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Bu dünyaya demokratiya dərsi keçən Qərbin iç üzüdür: Qərbin və Avropanın insan haqlarını müdafiə edən və bizə qarşı qərəzli hesabatlar yayan dairələr Fransadakı bu özbaşınalıqları niyə dilinə gətirmirlər? Sanki Fransa kimi ölkələrdə insan haqlarının, hüquqlarının pozulması normal bir haldır. Ancaq digərlərində cüzi bir lokal hadisə dünyada gündəm yaradacaq bir hala çevrilir. Yaxşı olardı ki, xüsusilə də Qərb və Avropa institutları, AŞPA, AP kimi qurumlar öz daxili aləmlərinə də göz gəzdirərdilər.
Bu gün də ölkəmiz demokratik dəyərlərə əsaslanmış dövlət qurub müstəqil siyasət yürüdür. Makron və Fransada insanlara qarşı diktatura rejimini tətbiq edənlər əvvəl özlərinin hakimiyyəyində düzəlişlər etsinlər və sonra digər ölkələrdəki haqq-ədalətdən danışsınlar. Fransada baş verən hadisələr bir daha sübut edir ki, digər ölkələrə insan hüquq və azadlıqlardan dərs deməyə onların mənəvi haqqı yoxdur.
Ümid edirik ki, jurnalistlərin beynəlxalq konvensiyalarla tənzimlənən təhlükəsizliyini təmin edə bilməyən Fransa hökuməti bu barədə açıqlama verəcək. Jurnalistlərimizə olan hücumu vandalizm aktı və Fransada mətbuata qarşı da zorakılıq hesab edirəm. Hadisə barədə Fransa hökuməti və hüquq-mühafizə orqanları tezliklə ölçü götürməlidir. Əks təqdirdə bənzər hadisələr təkrarlana bilər. #Fransa hökuməti bununla bağlı əməli tədbirə keçməli və mütləq şəkildə səbəbkarlar #məsuliyyətə cəlb olunmalıdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.