ELÇİN SƏLİMOV:
Axı nə vaxta kimi bu günlərdə rayonlara getmək istəyən insanlar belə çətinlik çəkəcəklər.
Bayram günləri ilə əlaqədar olaraq verilmiş istirahət günlərini mənalı keçirmək üçün qısa müddətli səfərə çıxdım.Məqsədim bu günlərdən maksimum istifadə etmək,həm də bir-neçə gün istirahət etmək idi.Yol çantamı götürüb yola düzəldim.
Bakıdan Şəmkirə doğru istiqamət götürdüm.
Öncədən onu qeyd etmək istəyirəm ki,bölgələrə gedən avtobuslarda yer yox idi.Nədə ki, biletlər
asanlıqla tapılırdı.Ona görə hansı avtobusa minmək istəsən ancaq bir söz eşidirdin.Ay dayl yerimiz yoxdur.Tapa bilsəz gedin bilet alın...
Hardaydı biz də o bəxt.Bilet tapıb alaq.Vağzal insan əlindən qaynaşır, səs-küydən ağız deyəni qulaq eşitmirdi.Avtobusların da sayı az.İndi get görüm necə gedəcəksən.Həmin gün işbazlar əsl at oynadırdılar.Polis mühafizəçilərə,onlar da sürücülərə qarışmış və axın-axın insan selinin qarşısında dayanaraq öz bildiklərini eləyirdilər.
Məni vağzalda durduğum o bir-neçə saat ərzində bir sual düşündürürdü.Axı nə vaxta kimi belə olacaq.Axı nə vaxta kimi bu günlərdə rayonlara getmək istəyən insanlar belə çətinlik çəkəcəklər.Bütün bayramlar belə olur.Bilet tapa bilmirsən və nə qədər əsəb korlayırsan.Axı nəyə görə?.Nəyə görə belə olmalıdır.Məgər biz insanların o şərəfsizlərə borcumuz var?.Axı hamının minik avtomobili yoxdur ki,əyləşib rahat getsin.Bəc o boyda avtovağzal kompleksi kimə və nəyə lazımdır.Hamısı da dövlətdən yüksək məbləğdə maaş alırlar.Niyə işlərini gündəlik təlabata uyğun olaraq qurmurlar.Yəni bayram günləri o marşurutların sayını artırmaq çətin məsələdir?.Bəs niyə yalandan efirə çıxıb kifayər qədər avtobuslar var deyirlər.Bəs hanı o avtobuslar?.Kimin gözünə kül üfürürsünüz şərəfsiz məmurlar?.Nə isə...
Nə başınızı ağrıdım.Nə bilet tapa bildim nə də ki, getməyə avtobus.Axırı vağzaldan xeyli aralı şam ağaclarının arasında gizlənmiş bir vita maşını tapıb mindik (adam başına 20 manat) və çox çətinliklə yola düşdük.Axşamın qaranlığında gəlib Şəmkirə çatdıq.
Gecəni Şəmkirdə gecələyib səhərin gün işığında Tovuz----Ağstafa---Qazax istiqamətində yoluma davam etdim.Beləliklə mən bu bayram günlərini bu abi-həvada keçirdim.Artıq evə qayıtmışam və bu səfərin təəssüratlarını sizinlə bölüşürəm.
Qeyd edim ki, mən bu yazıya bir daha qayıdacağam.Amma çox böyük həcmdə.Hələlik.
Hörmətlə: E.S. 29.06.2023.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.