28 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

“İnan mənə” tamaşasının Qazax Dövlət Dram Teatrında böyük uğuru (FOTO=11)

2 il əvvəl 1035 01

“İnan mənə” tamaşasının Qazax Dövlət Dram Teatrında böyük uğuru

Çağdaş ədəbiyyatımızın ən öndə gələn nümayəndələrindən biri, yazar, publisist, jurnalist, aktyor, rejissor, Respublikanın  Əməkdar incəsənət xadimi Ağalar İdrisoglu zəngin yaradıcılıq palitrasına malik olan sənətkarlarımızdan biridir.
Son qırx  ildə dramaturq kimi fəaliyyət göstərən Ağalar  İdrisoğlu müasir günümuzun neqativ, kəskin konflikti, dərin ziddiyyətli dram əsərləri ilə gündəmə gələrək, dövrün aktual, yuksək problemli movzularını, ölkəmizdə baş verən neqativ halları, yüksək mövqelərdə çalışan üzdəniraq məmurların xalq kütləsinə yuxarıdan aşaği baxması, həyat şərtlərinin və güzaranin agır olması, guç strukturlarının  “mənəm-mənəm”  deməsi və qeyri- məhdud özbasınalıgı, dərəbəyliyin baş alıb getməsi ziyalıların bir parça çörəyə möhtac qalması, eləcə də yüksək rütbəli məmurların insanların çoxunu  müxtəlif  yollarla məddahlığa təhrik etməsi, məmləkətin bütövlukdə bir qrup adamın inhisarında olması, ailələrin çoxunun maddi ehtiyac ucbatından dağılması, oğurluq və  narkomaniya hallarının ölkəni  başına göturməsi və sairə bu kimi yüzlərlə qorxunc, dramatik konfliktli hadisələri öz pyeslərini  baslıca ideya istiqaməti dogrultusunda qələmə almasdir.
Lakin Ağalar İdrisoğlu  bu qeyri-pozitiv təzahüratları göstərməklə heç bir zaman pessimizmə qapılmır. Əksinə bunun yollarını arayır, dahi Nizaminin fəlsəfi-estetik dəyərlərinə istinadən bütün bu təzadların ədalət yolu ilə həll olunacağına dərin ümid bəsləyir.
Bu  ideya onun  “Məhəbbətsiz həyat”,  “Məhkəmədən əvvəl məhkəmə”, “Teleqram”,  xüsusilə də  “İnan mənə” pyeslərində öz əksini tapır.
Müəllifin keçən əsrin  səksəninci illərin sonlarında qələmə aldığı  “İnan mənə” pyesi yerli dramaturqlar uçün təsis olunmuş müsabiqədən qalıb çıxaraq, Moskvaya növbətı müsabiqəyə göndərilmiş və bu pyes ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 pyesin arasından yüksək savadlı, geniş təfəkkürlü, tələbkar münsiflər üzvləri tərəfindən seçilərək, 3- cü dərəcəli mükafata layiq görülmüşdür.
Müxtəlif teatrların səhnəsində uğurla tamaşaya hazırlanmıs bu pyesə Qazax Dövlət Dram Teatrının yaradıcı kollektivi ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq müraciət etmiş və iyun ayının 10-da müəllifin eyni adlı pyesi əsasında maraqlı tamaşaya imza  atmışdır.
Tamaşada hadisələr respublikamızda ictimai-siyasi mühitin gərgin cağının yaratdığı  sosial problemləri və problemlərdən doğan sosial ziddiyyətləri ön plana cıxarmaqla həmin dönəmin (1988-1992) sosial yasamında müxtəlif çətinliklərlə qarsı-qarsiya gələn ziyalıların həmin təzadlarla həyat mücadiləsini əks etdirir.
Qarışıq, anlasılmaz və dərəbəylik dünyasını xatırladan xaotik bir durumun - antidemokratiyanın baş alıb getdiyi, özbasınalıq və hərc-mərcliyin hökm sürdüyu və az qala anticəmiyyətin öz “qanunlarını” diktə etdiyi bu dönəm, Elçin Poladlı kimi prinsipial, dürüst, öz məslək və əqidəsində daima sabit qalan ziyalıları öz cənginə alsa da, onlar qeyri-bərabər mübarizədə bu çətinliklərə sinə gərərək, vətənə, xalqa arxa çevirmir, bu məhrumiyyətlərə təhəmmül edərək, anticəmiyyətin püskürdüyu qorxunc viruslara qarşı yorulmadan mübarizə aparır və nəticə etibarı ilə təmiz və pak mənəviyyatları ilə öz arzu və istəklərinə nail olurlar.
Əsərin əsas qəhrəmanı Elçin Poladlı soyadını daşıdığı kimi polad bir iradəyə malikdir. Vətəni çətin gündə qoyub maddi və mənəvi problemlərini həll etmək məqsədi ilə başqa ölkələrə yürüş edən “ziyalılardan” fərqli olaraq Elçin Poladlı maddi, mənəvi-psixoloji, habelə fiziki təzyiqlərə davam gətirərək, hər bir xoş olmayan başlangıcın xoş bir sonluqla nəticələnəcəyi kriteriyasına nikbinliklə yanaşır, vətənin, ölkənin, xalqın dar bir günündə müsəlləh əsgər kimi onun səngərində qalır, anticəmiyyətin yaratdığı sosial təzadlara üsyan edir.
Bu rolu oynayan aktyor Yusif Qoca öz qəhrəmanını mətin, prinsipial, döyuskən bir qəhrəman kimi şərh etməklə, tamaşanın rejissoru, Əməkdar artist Xəzər Gəncəlinin traktovkasının məntiqindən gələn əsas fikri uğurla ön plana çəkməyə calişır. Onun ifasında Elçin Poladlı obrazı məslək və  əqidəsində heç bir şeyə güzəştə getməyən, korrupsiyaya, rüşvətə və hər cür fənalığa qarşı baş  qaldıran yorulmaz bir döyüşçüdür. Tamasanın baslanğıcından sonuna qədər fiziki, mənəvi təzyiqlərə məruz qalsa belə Elçin Poladlı (Yusif Qoca) əyilmir, çökmür ətraf mühitdə meydan sulayan avantüristlərlə qeyri- bərabər mübarizəyə atılır.
Tamaşada onun həyat yoldaşı Aysel rolunu  oynayan aktrisa  Zəmanə Dərviş öz orijinal ifa tərzi ilə ciddi maraq doğurur. Zəmanə Dərviş Aysel obrazı ilə müasir Azərbaycan qadınına xas olan özəllikləri real boyalarla təsvir edərək, onun bu günkü  yaşam tərzini, maddi və mənəvi sıxıntılarını, məişət problemlərini, bəzən həyat şərtlərindən təngə gəlib şikayət etsə də dar ayaqda təzyiqlərə məruz qalan ərinə arxa durmasını, mənən ona dəstək olmasını çox canlı, təbii, orijinal şəkildə oynayır. Bu bir daha onu göstərir ki, Zəmanə Dərvişin simasinda bizim regional teatrlarımızda istedadlı aktrisalar yox deyildir.
Tamaşada maraq doğuran obrazlardan biri də istedadlı aktrisa Minayə İbrahimovanın yaratdığı Yasəmən  xanımın  xarakteridir.
Zahirdə mələk, batində kələk olan Yasəmən ilk baxışda öz evində kirayə saxlayıb barındırdığı bacısı qızı Ayselin və onun həyat yoldaşi jurnalist olan Elçin Poladlının qaygısını çəkən, onların sosial problemlərini hər an həll etməyə cəhd göstərən, dar ayaqda yardıma gələn təəssübkeş qadın xarakteri  təsiri  bağışlayır. Lakin hadisələrin tədrici inkişafi nəticəsində Minayə  İbrahimova öz qəhrəmanının iç üzünü məharətlə üzə çıxarmaqla onun merkantil maraqlardan başqa heç nəyi düsünməyən, mənəvi dəyərləri heçə sayan bir obraz kimi təqdim edir.
“Hamı necə, sən də elə” prinsipini Elçinə hər addımbaşı xatırlatmaqla onu əyri yollara, bəd əməllərə təhrik edir.
Bu həmin üzdəniraq prinsipdir ki, ona riayət edilmədiyi təqdirdə cəmiyyətdən çıxdaş edilmə, butün həyat şərtlərindən məhrum olma təhlükəsini təlqin edir. Həyatda sağ qalmanın, asayiş və rifah içərisində yasamanın əsas şərti budur: “Hamı alır, sən də alacaqsan! Əks təqdirdə ölümə məhkumsan!..”- tendensiyasıni rəhbər tutan Yasəmən bu acı həqiqətləri göstərməklə nə yazıq ki, real gerçəklikdə baş verən ağrılı-acıli hadisələrə eyham vurur
Tamaşada professor Əmirov obrazına da lazım olan qədər  yer verilmişdir. Həcm etibari ilə epizodik bir xarakter təsiri bağışlayan bu surət cəmi bir şəkildə görünsə də hər iki aktyorun istər Aydın Orucovun, istərsə də Sərdar Rüstəmovun ifasında yaddaslara həkk olunur.
Rüsvətxorlugun, əli əyriliyin, xudbinliyin, mənfəətpərəstliyin, hər cür yaramazlığın canlı mücəssəməsi olan bu obrazı hər iki aktyor fərqli üslublarda  oynayır.
Aydən  Orucovun ifasnda bu obraz zahirən xalqın, dövlətin maragını qoruyan, əslində isə rüşvət bataqlığının içində üzən, gəncləri bir küll halında  “ağ ölümə” sürükləyən obraz təsiri bağışlayirsa, bacarıqlı aktyor Sərdar Rüstəmovun yozumunda isə daha cox, düzlükdən, demokratiyadan, bərabərlikdən danışan gerçəkdə isə uyuşdurucu ticarəti ilə məşğul olub, gəncləri, cəmiyyəti bəd əməllərə təhrik edən narkobaron  surəti təqdim olunur.
Tamaşada Elşad Əliyevin (Vüqar), Əhməd Musayevin (Emin) obrazları da öz ifa tərzləri ilə diqqətdən yayinmir. Elçin Poladlı kimi mətin, əzmli, fədakar, öz  xalqını, ailəsini sevən, fikir və əqidəsində daim dəyişməz qalan ziyalılarımızın həyat və məişət problemlərini göstərən bu maraqlı  tamaşanın quruluşçu rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar artisti Xəzər Gəncəlidir. Uzun müddət qardaş Türkiyənin Mərmərə Universitetində rejissorluq və aktyorluq sənətindən dərs deyən Xəzər  Gəncəli bu tamaşada öz pedaqoji imkanları ilə rejissorluq səriştəsinin imkanlarını sintez edərək maraqlı bir tamaşaya imza atmağa müvəffəq olmuşdur. Tamasanın rəssamı Səyyad Məmmədov, musiqi tərtibatçısı Vahid  Bayramovdur. Onlar da öz işlərinin öhdəsindən çox peşəkar səviyyədə  gəlirlər.
Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş  “İnan mənə” tamaşasının tezliklə geniş tamasaçı kütləsinə nümayişi nəzərdə tutulur. İnanırıq ki, bu tamaşa tamaşaçılar tərəfindən çox maraqla qarşılanacaq və onların daxilində olan problemlərin necə reallaşdığını görəcəklər.

Bəxtiyar  CƏFƏRLİ

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com