28 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium təşkil olunub (FOTO=10)

2 il əvvəl 741 01

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium təşkil olunub

İyunun 20-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi simpozium təşkil olunub.
Simpoziumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.
“Muğamın ecazkar ritmləri Azərbaycan xalqının dərin fikir dünyasına malik olduğunu göstərir”, - deyən nazir müavini qeyd edib ki, muğam bizim milli-mədəni kimliyimizi təşkil edən genetik kodumuzdur və bügünkü qloballaşan dünyada özünü dərketmə vasitələrindən biridir.
Səadət Yusifova vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində Muğam mərkəzinin yaradılması haqqında” 2005-ci il tarixli Sərəncamında qeyd edilir ki, muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı, xüsusilə muğam sənətinin təşviqi ilə bağlı layihələr xüsusi önəm kəsb edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində böyük işlər görülmüşdür.
Nazir müavini qeyd edib ki, 2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib.
“Hazırda keçirilən bu ilki festivala da Türkiyə, Özbəkistan, Tacikistan, İsrail, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər dəvət olunmuşdur. Festivlallarla paralel muğamla bağlı elmi fikir mübadiləsini həyata keçirmək üçün bu günədək 5 beynəlxalq elmi simpozium keçirilib. Simpozium sayəsində bu sahədə görülən işlər ümumiləşdirilib, eyni zamanda, monodik musiqinin araşdırılmasına perpsektivlər açılıb”, - deyə Səadət Yusifova bildirib.
O, builki festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən Azərbaycan muğamının, dəstgahlarının, özbək və tacik makomlarının, Hindistan raqasının, Pakistan qavallisinin, həmçinin türk, ərəb, yəhudi, uyğur məqam musiqisinin öyrənilməsi problemləri ətrafında müzakirələrin aparılmasının nəzərdə tutulduğunu söyləyib. Nazir müavini bu simpoziumun növbəti dəfə üfüqlərimizi genişləndirməyə və muğamın gələcək tədqiqini və inkişafını təşviq etməyə imkan verəcəyinə inamını bildirib.
Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri olduğunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri və qüdrətli ifaçıları olduğunu bildirib. O, muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını diqqətə çatdırıb.
AMEA prezidentinin sözlərinə görə, musiqi sənətinin muğam qolu haqqında Əbdülqadir Marağayinin, Fətullah Şirvaninin, Mir Mövsüm Nəvvabın, Üzeyir Hacıbəylinin əsərləri, məqalələri Azərbaycanda muğam sənətinin özünəməxsus elmi əsaslarla inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülünə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.
Çoxəsrlik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin əhəmiyyətini xüsusi qeyd edən akademik İsa Həbibbəyli artıq Azərbaycanda yeni nəsil muğamşünaslıq elminin formalaşmaqda olduğunu bildirib. Alim son illərdə bu sahədəki irəliləyişin təməlində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli  fəaliyyətinin, onun rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını vurğulayıb.
“Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsi olaraq keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam ustadları ilə yanaşı, gənc muğam ifaçıları nəsli də yetişir”, - deyən akademik İsa Həbibbəyli bu inkişafı muğam sənətimizin indiki mərhələdəki ən böyük nailiyyəti hesab edib.
AMEA rəhbəri muğam sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışıb, həmçinin Azərbaycanda Muğam Mərkəzinin istifadəyə verilməsinin muğam sənətinin inkişafında böyük rolu olduğunu qeyd edib.
“AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayan Muğamşünaslıq Mərkəzi ölkə üzrə muğam sahəsində tədqiqatları koordinasiya edən, onların inkişafını elmi baxımdan təşviq edən əsas mərkəzlərdən birinə çevrilməkdədir”, - deyən akademik İsa Həbibbəyli əlavə edib ki, ölkəmizdə ilk dəfə muğam ensiklopediyasının yaranması da Azərbaycanda keçirilən muğam festivallarının elmimizə gətirdiyi qiymətli bir yenilikdir.
O, bugünkü tədbirin ölkəmizdə muğamşünaslıq elminin və muğam ifaçılıq sənətinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə, muğamın dərinliklərini, tarixi köklərini, inkişaf mərhələlərini bir daha nəzərdən keçirməklə yanaşı, bundan sonrakı inkişafı üçün da əhəmiyyətli elmi-nəzəri fikirlər ortaya qoyacağına əminliyini ifadə edib.
Elmi simpoziumda UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti, professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.
İCTM-də dünyanın müxtəlif ölkəsinin alimlərinin toplandığını bildirən professor S.Pettan deyib ki, həmin elm adamlarından bir çoxu hazırda bu tədbirdə iştirak edir.
Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirən İCTM prezidenti ölkəmizdə Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının bu irsin yaşadılması üçün keçirtdiyi tədbirlərə toxunub.
S.Pettan qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak ediblər. “Bu günlərdə biz Bakıda möhtəşəm tədbirlərdə iştirak edəcəyik. Bu da bizim muğam sənətini yenidən kəşf etməyimizə, öyrənməyimizə və bu irsə yanaşmamıza yaxşı mənada müsbət təsir göstərəcək”.
Daha sonra çıxış edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-ın ictimai-xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirib. O, muğam sənətinin əksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.
Rafael Nektalov Azərbaycan muğamının, özbək-tacik şaşmakomunun ümumi bir kökdən qidalanaraq, ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil etdiyini vurğulayıb, eyni zamanda, bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri olduğunu qeyd edib.
Simpozium öz işini plenar iclaslarla davam etdirib.
Plenar iclaslarda “Dəyərli musiqi ənənələri təhlükə altında”, “Məqamın coğrafiyası: Məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar”, “Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com