BƏYBALA MİRZƏYEV:
Partiyaların finişi...
Siyasi partiyalar bir ucdan bağlana-bağlana gedir. Dövlət qeydiyyatı olan 59 siyasi partiyadan 26-sı artıq bağlanıb.
Elə bu gün də birdən-birə iki partiya özünü buraxdığını bəyan edib. Belə ki, Sosial Ədalət Partiyası və Cümhuriyyət Xalq Partiyası öz fəaliyyətlərinə son verdikləri barədə bəyanat yayıblar.
Sosial Ədalət Partiyasına Mətləb Mütəllimov, Cümhuriyyət Xalq Partiyasına isə Bədrəddin Quliyev rəhbərlik edirdi.
Beləliklə, iyunun sonu yaxınlaşdıqca bağlanan partiyaların sayı da artır. Çünki "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə görə mövcud partiyaların hər biri 5 min üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməlidir. Bu məlumatları toplaya bilməyən partiyalar avtomatik olaraq fəaliyyətini dayandırır.
Bu baxımdan bir gündə iki partiyanın bağlanması anlaşılandır. Çünki indi 5 min üzv toplamaq elə də asan deyil. "Mən siyasətlə maraqlanmıram" fəlsəfəsi ilə yaşayan insanların çoxluq təşkil etdiyi bir ölkədə 59 partiyanın hər birinin 5 min üzvə malik olması ümumiyyətlə real görünmür.
Ona görə də partiyalar sürətlə bağlanır. Baxaq görək axıra kimlər qalacaq. Axıra qalanların o beş min üzvü necə toplamasının özü də maraqlı müzakirə mövzusu ola bilər.
Nəticə etibarilə, yeni qanun və yeni reallıq ya partiyaların güclənməsinə, fəal siyasi subyektlərə çevrilməsinə səbəb olacaq, yadaki sonda sadəcə dekorasiya kimi cəmi bir neçə partiya qalacaq.
Bütün hallarda partiyaların finişini izləməyə dəyər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.