"Titanik"i görməyə gedənlərin hamısı öldü
ABŞ Sahil Mühafizəsi itkin düşən "Titan" batiskafının ekipajının öldüyünü təsdiqləyib.
İyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxan qayığın ekipaj üzvlərinin ölüm səbəbi məlum olub. Bu barədə batiskafın sahib olan "OceanGate Expeditions" şirkəti məlumat yayıb:
"Gözlənildiyi kimi, sualtı qayıqda içəriyə doğru partlayış baş verib. Suyun təzyiqindən batiskaf batmış gəminin qəzaya uğradığı yerdən 487 metr aralıda banka kimi sıxılıb. Bunu "Titanik"dən 200 metr aralıda uzaqdan idarə olunan sualtı qayıq tərəfindən tapılan qalıqlar sübut edir.
Xüsusi macəra ruhu olan bu insanlar okeanların kəşfiyyatı və qorunması üçün dərin ehtiraslarını bölüşən əsl tədqiqatçılar idi. Ürəyimiz belə faciəli vaxtda bu beş insanın ruhu və onların ailələrinin yanındadır”.
Qeyd edək ki, sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.