“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni şeir təqdim edildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.
Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, “Ömür axarı”, “Vətənsevər” və s. kitabların müəllifi, yazıçı-publisist, şair Bədirə Rza Həsənqızı mütəmadi olaraq əsərləri ilə layihəyə dəstək olur.
“Gülüstan” və “Xəzər nəğmələri” Ədəbi Birliklərin üzvü Bədirə Rza Həsənqızı Vətən müharibəsi şəhidi, leytenant Məhəmməd Zeynalovun əziz xatirəsinə həsr etdiyi “Bu bir hünər yolu...” şeirini kitabxanaya təqdim etdi.
Şeirdə cəsarət, rəşadət yolunda şəhid olan Məhəmməd Zeynalovun Vətən tarixində uca zirvə olduğu ifadə edilir.
Neftçala rayonunun Bankə qəsəbəsində anadan olan Məhəmməd Zeynalov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Şəhid Məhəmməd Zeynalov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.
Şeirin videogörüntüsü kitabxananın YouTube kanalında yerləşdirilib: https://www.youtube.com/watch?v=JIkO_URqylQ
Bu bir hünər yolu...
Çiçək açdı o tumurcuq arzular.
Sənin gəlişinlə gülüstan oldu.
Bilməzdik, Məhəmməd, bu nakam ömrün
Vətən tarixində bir dastan oldu. ..
Könüllər ağladı uzaq, yaxından,
“Heyif sizə”, – deyə, el fəryad etdi...
Nə edək, ya Vətən, ya övlad deyə?
Oğullar Vətəni xilas eylədi...
Bu bir hünər yolu, bir ər yoludu.
Cəsarət, rəşadət, dəyər yoludur!
Torpağın harayı, təpər yoludu!
Səbr təşnəsindən – Zəfər qoludur!
Dönmədi arxaya o gül balalar,
Zaman ötsə belə, sevən arayar...
And içdi müqəddəs yolu gedənə
“Qisas qiyamətə qalmaz!” – çağlayar!
Sən seçdin yolunu, Şəhiddir adın!
Kövrək xatirələr ünvanısan sən!
Adında birləşib bir dünya sevgi
Hər könül evində mehrab kimisən!
Yolunda bir işıq vardı əzəldən,
İnamlı sabahın bir tacı sənsən...
Adın ulduzundan daha da parlaq
Vətən tarixində uca zirvəsən!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.