HÜMBƏT QULİYEV:
"İlk təcrübədə ləzzət" prinsipi (esse)
İnsan ləzzətə bağlı, və ləzzətlə idarə oluna bilən varlıqdır.
İlk dəfə anasının döşünü əmən körpə bundan ləzzət alır. O, yemək ehtiyacının nə oldugunu bilmir, lakin təkrar-təkrar ilk duyduğu ləzzəti almaq istəyindən anasının döşlərini gözüyumulu belə axtarır. Eyni zamanda, bununla orqanizmin qidaya olan ümdə ehtiyacı da ödənilir.
Bu ilahi, " ilk təcrübədə ləzzət" prinsipinə əsaslanaraq uşaqda istədiyiniz vərdişi yarada bilərsiniz.
Təhsilin timsalinda bunu araşdıraq. İstəyirsiniz uşağınız kitab oxumağı sevsin? Bunun ücün uşağın kitabla ilk tanışlıgı ona
" xoş" olmalıdır. Onun kitaba baxmağı, onu vərəqləməyi təriflənməli və heyranlanmalıdır.
Ona bu proses xoş olsa, o, bunun təkrarlanmağını istəyəcək və tədricən bu işi sevəcək. Beləcə oxumağı, yazmağı asanlıqla uşağa təlqin etmək olar. Bu universal prinsip istənilən yaradıcılq və idman növlərinə də şamil oluna bilir.
Sız ona evdə əsas uşaq ləzzətlərini daddırsanız, küçədə, qıraqda heç nə axtarmaz. Əks təqdirdə, siz ona vermədiyinizi o, siz gözləmədiyiniz bir yerdə rahat tapacaq. Və bu siz arzulamadığınız vərdişlər; siqaret, içki və s. ola bilər. Məktəbdə, evdəkinin davamı olaraq yaxşı vərdişlər inkişaf etdirilməlidir. Tərif, heyranlıq və düzgün motivasiya məktəb təhsilinin ana xəttini təşkil etməlidir. Uşaq məktəbə getməkdən, orda olmaqdan, elm öyrənməkdən xoşhal olmalıdır. Məktəb uşaq üçün qeyri- doğma məkandır. Bu məkanı ona xoş etmək üçün, uşaq bütün müəllimləri tərəfindən sevilməli və təriflənməlidir.
Elə bu səbəbdəndir ki, qabaqcıl ölkələrdə uşaqlara beşinci sinifə qədər qiymət yazılmır. Hər uşaq təkrarolunmazdır və o, qiymətlərlə belə heç kimlə müqayisə oluna bilməz. Uşaqdan şəxsiyyət yetişdirməyin yeganə yolu elə uşaqlıqdan onunla şəxsiyyət kimi davranmaqdan keçir. Uşaq öyrənməkdən ləzzət alırsa, onun artıq heç kimə ehtiyacı olmayacaq. Kitabdan ləzzət alan uşaq əmin olun ki, kitabxananı özü tapacaq.
Babalarımız demişkən, şagird dolça deyil doldurasan, o, məşəldir, gərək yandırasan!
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.