ASİF RÜSTƏMLİ:
DAYNA
Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi...?!
Yenicə 70 yaşı tamam olan dostum Nazim Muğanlını “Dayna” sözünün məhrəm aurasında möhtəşəm yubileyi münasibətilə gəraylı biçimində nəzmlə təbrik edirəm.
Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq - xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb.
DAYNA
(Şair dostum Nazim Muğanlının 70 yaşına)
Nazim Muğanlı qardaşım,
Nə dərdin var? Bilim dayna.
Qan ağlayır yazım, qışım,
Göz yaşını silim, dayna.
Gələn olmadı haraya,
Köç sığmadı arabaya,
Həsrət qaldıq el-obaya,
Getdi ayım, ilim, dayna.
Ağdam döndü bu tağlara1,
Ahım sığmaz ağılara,
Qaldı namərd yağılara,
Xalça, palaz, kilim, dayna.
Yetmiş daha düşməz ələ,
Səksən, doxsan öndə hələ,
Asif deyir gülə-gülə,
Yüz yaşında gəlim, dayna.
Bakı, 11.06.2023
1. Ağdam Dram Teatrının dağıdılmış binasının ayaqüstdə qalmış tağları nəzərdə tutulur. - A.R.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.