28 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
YADA DÜŞƏN XATİRƏLƏR DÖVLƏTÇİLİK TARİXİ

RƏHMAN ORXAN: Ulu öndərlə akademik Ziya Bünyadovun Naxçıvanda görüşü

2 il əvvəl 1676 01

RƏHMAN ORXAN:

Ulu öndərlə akademik Ziya Bünyadovun Naxçıvanda görüşü

Heydər ƏLİYEV - 100

1993-cü ilin yayı – avqust ayı idi. Erməni-faşist təbliğatına qarşı ideoloji mübarizə məqsədilə bir-neçə ay əvvəl yaradılaraq, “Azərbaycan” nəşriyyatında fəaliyyətə başlamış “Bakinets” qəzetinin növbəti nömrəsini çapa hazırlayırdıq.  İlk nömrələri 20 mindən artyıq tirajla nəşr edilərək, əksər MDB ölkələri ilə yanaşı AZAL-ın və Xəzər Gəmiçiliyi İdarəsinin vasitəsilə qismən ABŞ, İsrail, Bolqarıstan və Kanadanın rusdilli oxucuları arasında da yayılırdı.

…Telefon zəng çaldı, ötkəm səslə rusca danışan, ziyalı olduğu hiss edilən adam:

- Это газета “Бакинец»? – soruşaraq, “мне главного редактора, пожалуйста” - dedi.

- Я вас слушаю, - cavab verdim.

Yəqin ki, “Bakinets” qəzetinin redaktorunun rusdilli bir jurnalist olduğunu düşünərək, bir qədər əvvəl rusca  danışan adam birdən azərbaycanca:

- Orxan müəllim (adımı bilmədiyindən, mənə qəzetdə təqdim olunan təxəllüsümlə müraciət etdi), danışan Ziyadır, - dedikdə bir anlığa çaşdım.

- Ziya müəllim, Sizsiniz? Akademik Ziya Bünyadov?

“Bəli, mənəm” dedikdə, doğrusu, inana bilmədim. Azərbaycana, xalqımıza baş ucalığı gətirmiş belə bir nüfuzlu şəxsiyyətin redaksiyamıza, mənə zəng etməsindən yaranmış məmnunluq dolu bir çaşqınlıqla, lakin ehtiramla dedim:

-  Eşidirəm Sizi, Ziya müəllim…

- “Bakinets”i oxuyuram, cəsarətli qəzetdir. Erməniləri ifşa edən, onların iç üzünü açan yaxşı yazılar, tarixi materiallar verirsiniz. Özümüzünkülərə də sözünüzü deməkdən çəkinmirsiz. Sağ olun! Belə də davam edin…

Doğrusu, akademik Ziya Bünyadov tərəfindən deyilərək, yenicə ayaq tutmağa başlayan, cəmisi 5-6 nömrəsi işıq üzü görmüş bir qəzetin yox, hər hansı bir “titullu” qəzetin də redaktoru üçün iftixar doğura biləcək bu fikirləri eşitmək gözlənilməz olduğu qədər də xoş və sevindirici idi. Bütün ömrünü erməni şovinistlərinin öz mənafeləri naminə tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını dünya tarixinin dərinliklərindən arayıb, aşkara çıxardığı danılmaz elmi dəlil-sübutlarla qətiyyətlə alan,  SSRİ-də və xarici ölkələrdə keşirilən elmi tədbirlərdə erməni saxtakarlıqlarını ifşa edərək, Azərbaycan dövlətciliyi ilə bağlı tarixi həqiqətlərin olduğu kimi qəbul edilməsinə prinsipiallıqla nail olan görkəmli bir tədqiqatçı alimin erməni ideologiyasına qarşı mübarizə aparan bizim qəzeti oxuması faktının özü məmnunluq doğururdu.  Məhz Ziya Bünyadov ermənilərin və ermənipərəst M.Qorbaçovun sifarişi ilə Azərbaycana tarixi dəllallıq etmək üçün gələn, arvadı erməni ləçəri olan  A.Saxarova elmi fikrini vətənpərvər bir azərbaycanlı alim kimi cəsarətlə, kəskinliklə deyərək, onun Dağlıq Qarabağla əlaqədar marionetka təklifini rədd etmiş və özünəməxsus xarakterdə onu bərk acılamışdı. Mənə ermənilərlə bağlı xaricdə çıxan bir jurnal göstərəcəyini və qəzetimizə qalmaqallı siyasətçi V.Jirinovski ilə bağlı məqalə verəcəyini bildirib, məni İnstitutuna dəvət etdi.

İlk dəfə görüşməyimizə, II Dünya müharibəsi iştirakçısı olmuş atamla həmyaşıd olmasına və mənim etirazıma baxmayaraq, ayağa qalxıb, irəli gələrək, ehtiramla görüşüb-salamlaşdı. Çay gətirtdi. Qəzetimizin yaranma tarixi ilə maraqlanaraq, V.Jirinovski haqqqında yazdığı məqalə barədə qısa məlumat verdi. Hiddətini gizlətməyərək bildirdi ki, azğınlaşmış, façist kimi qəddarlaşmış V.Jirinovski xarici bir jurnala müsahibəsində deyib ki, lazım gələrsə, Rusiya Bakını bombalamaqdan da çəkinməyəcək və Rusiyanı Bakı nefti ilə, akademik Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı benzinlə Almaniyaya məğlub olmaqdan, faşizmin köləsinə çevrilməkdən xilas etmiş Azərbaycan, onun paytaxtı Bakı haqqında sərsəm fikirlər söyləmişdi.

…Ziya müəllimin məqaləsini qəzetin növbəti nömrəsində dərc etdikdən sonra onunla zəngləşib, qəzetdən bir-neçə nüsxə götürərək, görüşünə getdim.

Həmin gün Ziya müəllimlə çox təbii olaraq, xalqımızın dahi oğlu, böyük xilaskarı Heydər Əliyev, onun xalq qarşısında xidmətləri barədə çox geniş söhbətimiz də oldu. Mən “Vışka” qəzetində işləyərkən, Ulu öndər Moskvada vəzifədən uzaqlaşdırıldığı vaxtlarda,  sonralar isə - Elçibəyin hakimiyyətsizliyi, İsa bəylərin, İsgəndər Həmidov kimilərin hökmranlığı dövründə “Bakinets” qəzetində Heydər Əliyevə rəğbətimin açıq-aşkar hiss olunduğu bir-neçə məqalə verdiyim barədə Ziya müəllimə məlumat verərək, qəzetimizin “Он вернулся” başlığı altında Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını alqışlayan nüsxəsini ona təqdim etdim.

Vaxtilə - 1981-ci ildə məhz Ulu öndərin onu Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin etdiyini, lakin bəzi naqis adamların Heydər Əliyevin onunla münasibətində gərginlik yaratmağa çalışdıqlarını təəssüflə yada salan Ziya müəllim, Ulu öndərin həqiqətən dahi və müdrik bir şəxsiyyət, xalqımızın əsl lideri, xilaskarı, doğma Azərbaycanımızı bütün varlığı ilə sevən böyük bir vətənpərvər olduğunu söylədi.

Ziya müəllim Heydər Əliyevlə 1991-ci ilin mayında Naxçıvandakı görüşündən səmimiyyətlə söhbət açaraq, dahi rəhbərin geniş, humanist bir qəlbə malik olduğunu diqqətə çatdırdı.

- Mən həmin il mayın 6-dan Naxçıvanda idim, - deyə akademik maraqlı bir əhvalat danışdı. – Bəzilərinin hansı məqsədləsə bizim aramızı vurmağa şalışmasına və bəzən də buna nail olmalarına baxmayaraq, mayın 7-də Maxçıvan Ali Məclisinə gedərək, onunla görüşmək istədim. Referentindən xahiş etdim ki, mənim gəlişim barədə Hedər Əliyevə məlumat versin. Düzü, məni qəbul etməyəcəyinə, ordan məyus qayıdacağıma da hazır idim.  Referent içəri keçdi və mən onun cavabıni gözləyirdim ki, birdən qapılar taybatay açıldı. Gözlədiyimin əksinə olaraq, Heydər Əliyev qollarını geniş açaraq, gülərüzlə salamlaşıb, məni bərk-bərk qucaqladı və ehtiramla kabinetinə dəvət etdi. Xeyli söhbətimiz oldu. Dedi ki, Ziya müəllim, mən bura bir çoxlarının – bir vaxtlar vəzifə, səlahiyyət  verdiyim nankor adamların mənimlə görüşə gələcəklərini güman etsəm də, Sizin gələ biləcəyinizi qətiyyən gözləmirdim, heç düşünmürdüm də. Mənim üçün gözəl bir sürpriz etdiniz. Çox sağ olun ki, məni yad edib gəldiniz, görüşdük.

Ulu öndər Ziya müəllimin vəziyyəti, İnstitutdakı fəaliyyəti ilə, Naxçıvanda neçə gün qalacağı ilə maraqlanmış və onun sabah geri – Bakıya qayıtmaq istədiyini eşitdikdə buna etiraz edib  demişdi:

- Elə şey yoxdur, güclə əlimə düşmüsünüz, heç yerə getməyəcəksiniz. Çoxdandır ki, Sizi görmürəm, mənim qonağımsınız. Qələbə gününü – 9 Mayı Sizin iştirakınızla, Muxtar Respublikanın veteranları ilə birgə bayram edəcəyik.

Və həqiqətən də 9 may həm Heydər Əliyev, həm Ziya Bünyadovun özü və həm də xalqımızın igid oğlu, müharibə veteranları içərisindən yeganə olaraq akademik zirvəsinə yüksəlmiş məşhur Sovet İttifaqı Qəhrəmanı, Əməkdar elm xadimi, Azərbaycan və Özbəkistanın bir-neçə şəhərlərinin, hətta  Almaniyanın Berlin şəhərinin Pankov rayonunun fəxri vətəndaşı ilə bir cərgədə dayanmağın sevincini yaşamış naxçıvanlı qələbə döyüşçüləri üçün əsl və böyük bir bayrama çevrilmişdi. Həmin gün Naxçıvanın müharibə veteranları Heydər Əliyevlə və Ziya Bünyadovla birgə olmaqdan xüsusi zövq duyur, fəxr edirdilər. Çox da geniş olmayan axşam ziyafətində isə Ulu öndərin Ziya Bünyadov haqqında və əfsanəvi qəhrəmanın Heydər Əliev barədə söylədikləri xoş fikirlər bayram gecəsinin ən yaddaqalan, unudulmayan epizodları olaraq hər bir veteranın qəlbində silinməz izlər buraxdı.

…Təəssüf ki, Ziya Bünyadov 1997-ci il fevralın 21-də öz evinin girişində xaincəsinə öldürüldü. Düşmən ağır döyüşlər qalibi ilə üz-üzə gəlməyə cəsarət etməyərək, onu arxadan vurmuşdu...

Rəhman ORXAN.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

John Doe 1 il əvvəl

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

John Doe 1 il əvvəl

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

John Doe 1 il əvvəl

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

John Doe 1 il əvvəl

Əkbər Qoşalı: 20 ildən 200 İLƏ...

Əkbər Qoşalı: 20 ildən 200 İLƏ...

John Doe 1 il əvvəl

Bəybala Mirzəyev: Tarixə və şəxsiyyətlərə münasibətimiz haqda qeydlər...

Bəybala Mirzəyev: Tarixə və şəxsiyyətlərə münasibətimiz haqda qeydlər...

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com