BƏYBALA MİRZƏYEV:
Bayraqdarlarımızı hədəf alan snayperlərin sonu...
Özünü apara bilməyən toplumun və ya icmanın yolu bağlanmalı, hərəkəti məhdudlaşdırılmalıdır. Bir sözlə, dərsləri verilməlidir. Bəli, belə də olmalıdır.
Biz də budəfə ermənilərin dərsini hərbi yolla deyil, inzibati üsullarla verməyi tərcih etdik. Məhz buna görə də hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.
Və heç şübhəsiz ki, iyunun 15-i saat 11:00 radələrində ermənilərin növbəti təxribatı nəticəsində baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud, Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.
Bu cür "dişli", qətiyyətli davranışımız ona görə vacibdir ki, bundan sonra ermənilər özlərini maksimum dərəcədə adekvat aparsınlar və həm də bilsinlər ki, onların istənilən qanunsuz hərəkətləri tərəfimizdən sərt şəkildə cavablandırılacaq.
Budəfəki erməni təxribatı bir hərbçimizin yaralanması ilə nəticələnib.
Ermənistan silahlı qüvvələrinin "Laçın" sərhəd-buraxılış məntəqəsində törətdiyi təxribatla bağlı yayılan videodan da aydın görünür ki, Azərbaycan hərbçiləri bayrağımızı qaldırarkən erməni silahlıları tərəfindən atəşə tutulub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov xəsarət alıb.
Lakin Ordumuz cavab atəşi ilə Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub, əməliyyat şəraitini nəzarətə götürüb. Hərbçimizi yaralayan 2 erməni snayperi isə zərərsizləşdirilib.
Qoy, bu da haylara bir dərs olsun!
Snayperlərinin zərərsizləşdirildiyini görən Ermənistan tərəfi təxribat cəhdlərini dayandırmalı olub. Necə deyərlər, düşmən reallıq hissinə qayıdıb.
Əfsuslar olsun ki, bu sarsaq toplumu daim reallıq hissi ilə yaşamağa sövq etmək məcburiyyətindəyik. Çünki bir tərəfdən Rusiyanın, Fransanın, İranın və Avropa İttifaqının (Aİ) müşahidə missiyasının, digər tərəfdən isə erməni kilsəsinin daim qızışdırdığı, təxribatlara təhrik etdiyi revanşist və separatçı erməniləri "pişim-pişim"lə, yumşaq diplomatiya ilə yola gətirmək, ram etmək, loyallığa dəvət etmək mümkün deyil. Hətta sülh müqaviləsi imzaladndıqdan sonra da belə, ermənilər başlarının üzərində "Yaşma"nın xofunu daim hiss etməlidirlər.
Çünki açıq-aşkar şər yuvası olan erməni kilsəsi nə 44 günlük müharibənin nəticələri ilə, nədəki sülh müqaviləsinin şərtləri ilə heç vaxt barışmayacaq və hər vasitə ilə Ermənistan-Azərbaycan münasibətlərini yenidən pozmağa çalışacaq. Erməni kilsəsinin katolikosu II Qareginin ötən gün Daşnaksütyun Partiyasının nümayəndələri ilə görüşüb, Qarabağı müzakirə etməsi də elə bu həqiqəti təsdiqləyir.
Görüşdə Ermənistan dövləti, Qarabağ erməniləri və diaspor arasında birliyin və qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyi müzakirə edilib. Əslində erməni kilsəsinin işi bu deyil. Ermənistanın təhlükəsizlik məsələləri və Qarabağdakı vəziyyət müzakirə etmək katolikosun səlahiyyətlərinə aid deyil.
Lakin ruhanidən daha çox şeytana bənzəyən katolikos Qaregin vaxtının çox hissəsini məhz siyasi məsələlərlə məşğul olmağa həsr edir. Paşinyanın sülh təşəbbbüslərini əngəlləyən ən barışmaz, radikal fiqurlardan biri də məhz Qaregindir.
P.S.
Yeri gəlmişkən, biz erməni kilsəsinin destruktiv-pozucu fəaliyyətlərini də sülhə mane olan əsas əngəllərdən biri kimi dünya birliyinin diqqət mərkəzinə çıxarmalıyıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.