24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Mədəniyyət REDAKTORUN SEÇİMİ

Faiq İsmayılov: Qərbi Zəngəzur abidələri:- Xnzirək (Xndzoresk) kəndi

2 il əvvəl 1141 01

Faiq İsmayılov:

Qərbi Zəngəzur abidələri:- Xnzirək (Xndzoresk) kəndi

Xınzirək (Qaranlıq dərə)  ermənilərin (Xndzoresk) adlandırdıqları kənd  XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının Zəngəzur qəzası tərkibində Ermənistan SSR-in himayəçiliyinə verilən Qərbi Zəngəzurun ən qədim azərbaycanlılar yaşayan kəndlərindən biri olub.
Kənd, Laçın şəhərindən 15 km qərbdə, Gorus şəhərindən 8 km şərqdə, Gorus-Xankəndi  magistral yolunun yaxınlığında yerləşir. Kəndin adı türk toponimində “qaranlıq dərə”, “dərin dərə”, “böyük dərə” kimi mənalandırılır. Kəndin adı Sovetlər dönəmində ermənilər tərəfindən dəyişdirilərək Xndzoresk (Xnzirək) adlandırılmışdır.

(Şəkil-01)

Kənd XIII əsrdə Tatev icmasının Alban katolokosluğunun tabeçiliyində olan kəndlərdən biri idi.  Tatev İcması o dövrdə  Zəngəzurun 45 kəndini ətrafında birləşdirirdi. İcma rəhbərləri Tatev Monastrında otururdular. Qaranlıq dərə kəndinin əhalisi vergilərini monastra ödəyirdilər. Kəndin yaşayış evləri əsasən qayalarda oyulmuş kahalardan ibarət idi. Bu kahalar bəzən elə hündürdə tikilirdi ki ora kəndirdən hazırlanmış pilləkənlərlə çıxırdılar. Kahalar yerləşən qayalar dərə boyu 3 kilometr məsafəyə uzanırdı.
Kəndin  dik yamaclarda yerləşən (yaşayış evlərindən) mağaralardan birinin damı digər yaşayış evi (mağara)  üçün həyət kimi istifadə olunurdu. Beləliklə, kənardan baxanda dağın yamacı uzaqdan nəhəng çoxmərtəbəli binaya bənzəyirdi. Qədim mağara kompleksi Qaranlıqdərə kəndinin məşhur, baxımlı abidələrindən hesab olunur.

(Şəkil-02)

Xnzirək (Qaranlıq dərə) kəndi qayalı dağ birləşmələrinin və strukturlarına əl ilə oyulmuş mağara yaşayış məntəqələrinin mənzərəli, mənzərələri ilə məşhurdur. Bu ərazinin həm də inanılmaz gözəl təbiəti  var. XX əsrin əvvəllərində Xnzirək kəndində 8 mindən çox  əhali yaşayırdı. 1913-cü ildə kənddə 27 dükan və 7 məktəb olduğu barədə məlumat verilir.
Kəndin ətrafında qədim qəbristanlıq, antik qala, iki bulaqüstü abidə, Alban memarlığının nadir nümunələrindən olan Bazilika və üç sovmə olub. Ermənilər bu kənddə məskunlaşdırıldıqdan sonra Bazilika və sovmələri eləcədə bəzi mağaraları erməni kilsələri adlandırsalarda ermənilər heç vaxt bu dini tikililərdə ibadət etmədilər. Bu qədim memarlıq abidələri baxımsızlıqdan yararsız hala düşdülər onların bəziləri tamam uçüb dağıldılar.
Ermənistan rəhbərliyi burada yaşayan azərbaycanlıları son nəfərinə qədər  XX əsrin ortalarına qədər “təhlükəsiz ərazilərə köçürmək” bəhanəsi kənddən köçürdülər. Xnzirək (Qaranlıq dərə) kəndi tarixə çevrilərək xatirələrdə yaşamağa başladı.1950-1958-ci illərdə Ermənistan Hökuməti Xnzirək (Qaranlıq dərə) kəndinin şimalındakı yaylada “Yeni Xnzirək” adlı yeni kənd tikdilər. Lakin “Yeni Xnzirək” kəndində azərbaycanlıların məskunlaşmasına icazə verilmədi. Azərbaycanlılar əbədi olaraq bu ərazini tərk etdilər.
Ermənilər Köhnə Xnzirək kəndində və kəndin  ətrafındakı qədim inzibati yaşayış məskənlərinin qalıqlarını, istehkamları sökərək  Yeni Xnzirək kəndində yeni tikilməyə başlayan evlərin tikintisində istifadə edirdilər.
Xnzirək kəndin iqlimi mülayimdir, ərazisi meşəlik deyil, torpaqları münbitdir, genişdir, lakin suvarılmır burada  kənd təsərrüfatı məhsulları dəmyə yetişdirilir.
Hal-hazırda Köhnə  Xınzirək kəndirin xarabalıqları Ermənistanın gəlir mənbəyinə çevrilib. Yüksək dağlıq ərazidə yerləşən və əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kəndin xarabalığı, indi ekskursiyalar üçün mühüm yer kimi fəaliyyət göstərir.
Beləki, 2010-cu ildə bölgədə turizmin inkişaf etdirilməsi məqsədi ilə Ermənistan Respublikası Tatev monastırını ətraf ərazilər ilə əlaqələndirən 5750 m uzunluğunda dünyanın ən uzun dayanacaqsız iki tərəfli kanat yolunu inşa etdilər. Kanat yolu  Tatev monastırı, Xnzirək və Əlidərə kəndlərini birləşdir. 25 milyon dollar dəyəri olan Kanat yolu layihəsini İsveçin “Doppelmayr/Garaventa group” şirkəti tərəfindən həyata keçirilmişdi. Kanat yolu 2012-ci ildə istifadəyə verildi.
Kəndin  əsas diqqətçəkən cəhəti 2012-ci ildə istifadəyə verilmiş 160 metrlik asma körpüdür.  Körpü dərənin uçurumundan 63 metr hündürlükdə qurulub.  Körpü köhnə Xnzirək kəndi ilə yeni Xnzirək kəndini birləşdirən mühüm logistik funksiyanı yerinə yetirir.
Qərbi Zəngəzurun köhnə Xnzirək kəndi öz tarixini uzun əsrlər boyu yaşadaraq bu günümüzə qədər gətirib çıxardı. Dəfələrlə dağıntılara, etnik təmizləmələrə, zəlzələlərə məruz qaldı lakin öz əzəmətini gözəlliyini itirmədi. Son 100 ildə bu kənd ətrafına yerləşdirilən ermənilər tərəfindən toponimləri yer adları dəyişdirildi, sovmələri erməni kilsələri, bazilikası erməni monastrı adlandırıldı. Lakin bu kilsə və monastr adlandırılan binalarda ermənilər ibadət etməyə qorxdular. 100 il bu binalarda ibadət edilmədi, binalar öz əzəli sakinlərini gözlədi. Kahalar, evlər, ermənilər tərəfindən söküldü, dağıdıldı.
Xınzirək (Qaranlıqdərə) ermənilərin (Xndzoresk) adlandırdıqları kəndin məhz ermənilər tərəfindən xarabalığa çevrilən xarabalıqları, öz ecazkarlığı ilə görənləri heyrətə gətirdi. Hər il yüzlərlə insan bu xarabalıqların cazibəsini duymaq üçün axın-axın bu kəndə səyahət gəlirlər.
Köhnə Xnzirək, şübhəsiz ki, sən hər cür tərifə layiqsən. 30 il sonra  Şərqi Zəngəzura qayıtdığımız kimi mütləq bir gün sənə də qayıdacağıq.

Faiq İsmayılov
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com