BƏYBALA MİRZƏYEV:
Şeytani oyunlar və biz...
Jurnalist həmkarımız Şöhrət El-Dəniz Facebook hesabında yazıb ki, "Zəngilanda İsraillə iki ferma tikmək istədik, İran özünü cırdı ki, "yəhudilərlə bir yerdə hərbi baza yaradırsınız". ABŞ gəlib Ermənistanda, İranın qulağının dibində, Araz boyu böyük bir zavod tikir, fars-molla rejiminin elə bil boğazına qurğuşun töküblər. Səsləri çıxmır".
Səsləri niyə çıxmalıdır ki, həmkar?
Əvvala, şiə azərbaycanlılar yox, məhz kafir ermənilər mollalar üçün daha əziz olduğuna görə, rəsmi Tehran da gözlərini yumub özünü korluğa vurur, ABŞ-Ermənistan layihəsinə susmağa üstünlük verir.
İkincisi də ki, ilk baxışdan nə qədər qəribə səslənsə də, İran ABŞ-ın satellitidir, oyuncaq dövlətidir. İran bölgədəki siyasətini Ağ Evlə razılaşdıraraq həyata keçirir. İbrahim Rəisinin ara-sıra Co Baydenə hədə-qorxu gəlməsi aldadıcı manevrdir. İsrail də məhz bunun fərqində olduğuna görə Bayden administrasiyasının İranmeylli siyasətinə kəskin etirazını bildirir və İranı vuracağını bəyan edir.
Ermənistanın ABŞ-ın maliyyə yardımı ilə Arazdəyən kəndində (Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə) iri metallurgiya zavodu inşa etməsi rəsmi Tehranın maraqlarına cavab verir. Mollalar bundan məmnundur.
İranın Birləşmiş Ştatlarla zahiri ideoloji düşmənçiliyi isə mollaları əsla narahat etmir. Onlar sıravi iranlıları üzdə "Rədd olsun Əmrika!" kimi çılğın şüarlarla "qidalandırsalar" da, lakin əsl həqiqətdə isə ayətullah Xameneinin nümayəndələri hal-hazırda ABŞ-ın ən yüksək rütbəli rəsmiləri ilə vaxtaşırı təmasları davam etdirir, nüvə anlaşmasından tutmuş İranın dondurulmuş bank hesablarının aktivləşdirilməsinə qədər ən müxtəlif məsələləri dostcasına, səmimi ortamda müzakirə edirlər.
Molla rejiminin ABŞ-la dırnaqarası "dava-dava" oyunu İrana da, Ağ Evin özünə də sərf edir. İran hakimiyyəti “böyük şeytan”ı (ABŞ-ı) ittiham etməklə və ABŞ-ın timsalında "xoxan" obrazı düzəltməyinin sayəsində Yaxın və Orta Şərqə terrorizm "ixrac" edir, regionu daim gərginlik içində saxlayır. Elə ABŞ-ın özü də bundan faydalanır və ərəb ölkələrinə çoxlu silah satır.
İranın uranı zənginləşdirməsi üzərindən qurduğu oyunlar, sövdələşmələr, eləcə də raket sınaqları, Rusiyaya gizli PUA satışı və sair kimi incə məsələlər də həm ABŞ və Avropa İttifaqının, həm də molla rejiminin özünün maraqlarına uyğundur. Bu oyunlardan tərəflərin hamısı qazanır.
Yəni ki, molla hökumətinin hərdənbir Amerika əleyhinə səsləndirdiyi şüarlara elə də ciddi yanaşmaq lazım deyil. Onlar daxili auditoriyanın gözünə kül üfürmək üçün Amerikaya söyürlər.
Belə etməklə öz xalqını aldadan fars-molla rejimi bu davranışından əsla narahat deyil. Kiçik şeytanla (Ermənistanla) illərlə iş birliyi quran mollaların bir-birinə zidd mövqelərdə dayanan böyük şeytanlarla (ABŞ, Rusiya, Fransa və s.) labirintvari münasibətlər qurması, çevik əməkdaşlığa səy göstərməsi bizi qətiyyən heyrətləndirməməlidir.
P.S.
"Yeri gələrsə, lap Şeytanın özüylə də müqavilə bağlayarıq" devizi son illərdə molla rejiminin xarici siyasətinin ana xəttini təşkil edir.
P.P.S.
Bəs biz nə etməliyik? Biz isə Ermənistanın ABŞ-ın pulu və siyasi dəstəyi ilə sərhədlərimizin lap yaxınlığında ekoloji və hərbi cəhətdən təhlükəli metallurgiya zavodunu tikməsini əngəlləmək üçün bütün vasitələrdən istifadə etməliyik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.