Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb. Teatrın yaradıcı heyəti əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib.
Saat 16.00-da isə teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.
Tamaşadan öncə edilən çıxışlar zamanı 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olmasından, milli müstəqillik, azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilməsindən bəhs edilib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tamaşa nümayiş etdirilib.
İlk və nakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları ifa ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.