FAİQ İSMAYILOV:
Qara torpaq erməni cinayətlərinin üstünü örtmür
03.06.2023-cü il tarixində bir qrup media və QHT nümayəndələrinin, Şuşa şəhərinə səfərləri şərçivəsində Şuşa həbsxanasının ərazisində tapılan yeni kütləvi məzarlıqla tanış olmaq mənə də nəsib oldu. Şuşa şəhərində tapılan məzarlıq indiyədək aşkar edilən Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqları sırasında aşkar edilən ən böyük məzarlıqdır.
Şuşa məzarlığı yeni aşkar edildiyindən burada hələlik DNT və digər Labaratoriya analizləri aparılmayıb. Bu isə məzardakı cəsədlərin kimə məxsusluğu barədə ehtimallar yaradır.
Cəsədlər birinci Qarabağ müharibəsi dövrü əsir götürülən özünümüdafiə dəstələrinin əsgərlərinə aid ola bilər.
Cəsədlər birinci Qarabağ müharibəsi dövrü əsir götürülən mülki vətəndaşlara aid ola bilər.
İşğaldan azad olunmuş ərazilərdə bir yerdə toplum halında basdırılan cəsədlər, ermənilərin vəhşi cəza tədbirləri nəticəsində yaranan toplum məzarlıqlardır. Belə məzarlıqların yaranması cinayət hadisəsi olduğundan, ermənilər bu məzarlıqların tapılmaması üçün bildikləri bütün qabaqlayıcı tədbirləri həyata keçiriblər. Bəs insanlar niyə öldürülürdülər? Bu sual da bəzi ehtimalları gündəmə gətirir.
Azərbaycan etniklərinə qarşı olan nifrətdən yaranan qisasçılıq zəminində insanların öldürülməsi;
əsir və girovlara qaşı tətbiq edilən işğəncə metodlarının həddən artıq ağır olması nəticəsində işğəncələrə tab gətirməyərək ölmələri;
satış məqsədi ilə əsir və girovlardan orqanların götürülməsi nəticəsində vətəndaşların buna tab gətirməyərək ölməsi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.