AZƏR HƏSRƏT:
Qadına zor tətbiq etmək kişi işi deyil!
Neçə gündür mediada bir gənc xanımın sevgilisi tərəfindən döyülməsi, aşağılanması xəbərləri yayımlanır. Biz kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Bunun üçün hüquq mühafizə orqanları var, araşdıracaqlar, gerçəklər ortaya çıxacaq. Amma ki, bu xəbər ortalıqda dolaşdıqca bir fikir məni rahat buraxmır. Səbəb nə olursa, olsun, bir kişi bir qadına necə əl qaldıra bilər axı? Xəyanət edir? Ayrıl. Səni aldadır, yenə də ayrıl. Hələ mən onu demirəm ki, kişi əsl kişi olanda qadını ona heç vaxt xəyanət etməz!
Mənə gəlincə, bu yaşıma qədər bir qadına belə - nə ailəmdə, nə də kənarda - əl qaldırmadım, qaldırmaram da! Qadına zor tətbiq etmək, onun şəxsiyyətini alçaltmaq, döymək, təhqir etmək kişi işi deyil!
Ümumiyyətlə isə kişi gücünü qadının üzərində sınamaz! Dedik axı, arada problem varsa, sakitcə ayrılın. Yoxsa ki, qadını döyəsən, hələ aşağılayaraq videosunu çəkib aləmə yayasan! Kişilikmi bu?..
ŞƏRHLƏRDƏN:
Хаяла Мамедли:
Yazdıqlarınıza hərfiyən qatılıram Azər müəllim, sadəcə əlavəm olacaq qadın da qadın olacaq əqidəsi, mənliyi, qürurunu,şərəfini pula, maşına satmayacaq...varsın bahalı evi,marka çantası, ayaqqabısı,maşını olmasın...olsun,amma öz halal əməyinin zəhməti ilə qazansın dünya malını... Nizami Gəncəvinin fikrini qeyd edəcəm;
Xoşdur gözəl adla əgər ölsəm mən,
Mənə ad qalacaq, öləcək bədən...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.