ELMAN ELDAROĞLU:
TAHİR ƏMİRASLANOVU KÜSDÜRƏN NƏDİR?..
Tahir Əmiraslanovu ölkədə bəlkə də tanımayan adam yoxdur. Öz sahəsində əlçatmaz bir zirvədir. Uzun illərdir ki, Azərbaycan mətbəxini dünyaya tanıtdırmağa səy göstərir. Beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacarır. Bu istiqamətdə hər dəfə yeni-yeni uğurlara nail də olur. Amma nədənsə ona qarşı gizli bir mübarizə gedir. Dəstək vermək əvəzinə, onu sıradan çıxarmağa, işinə mane olmağa çalışırlar. Ötən il ezamiyyətdə olarkən, 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki... Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirir, ölkəni azmı tanıtdırır? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər. Aşağıda təqdim etdiyim üç sənəddən biri onun işdən uzaqlaşdırılması barədədir. Görün bu sənədə imza atanda insaf varmı?..
Tahir müəllim ötən ilin 26 sentyabr tarixində hazırda rəhbərlik etdiyi qeyri hökumət təşkilatının- Azərbayacan Milli Kulinariya Asossasiyasının adından Dövlət Turizm Agentliyinin sədr müavini Azada xanım Hüseynovaya göndərdiyi müraciətdə yazılır:
“23.11 – 01.12.2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində IX Dünya Halal Zirvə (sərgi) və VIII Dünya Halal Konfrans ilə birlikdə keçirilən I Dünya Aşpazlar Olimpiadasında və Çanaqqalada “Şuşa İli” çərçivəsində keçiriləcək “Qarabağ mətbəx günlərində” iştirak edəcək 8 nəfərdən ibarət Azərbaycan Milli Kulinariya Komandasının ezamiyyə xərclərinin qarşılanmasını rica edirik.”
Azada xanımdan cavab gəlir ki;- “Müraciətinizə cavab olaraq bildiririk ki, Türkiyə Cümhuriyyətində keçirilən Çanaxqalada “Şuşa İli”nə həsr edilmiş “Qarabağ mətbəxi günləri” tədbirində iştirak etmək məqsədilə Agentliyin tabeliyində olan Azərbaycan Milli Kulinariya Mərkəzinin 2 nəfər əməkdaşının Türkiyə Respublikasına ezam olunmasına dəstək veriləcəkdir. Nəzərə almağınızı xahiş edirəm.”
Nəticədə, Tahir müəllim öz vəsaiti hesabına həmin tədbirdə iştirak edir. Və görür ki, agentlikdən iki nəfər işçi də oradadır. Deyir ki:- “Gəzib getdilər. Hal bu ki, bu 2 nəfərin ezamiyyə xərcinə komandanın 5-6 nəfərinə bilet almaq olardı.”
İkinci sənəd isə Tahir müəllimin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Sədr müavini Azadə xanım Hüseynovaya 13 mart 2023-cü il tarixli müraciətidir. Müraciətdə deyilir:
“Diqqətinizə çatdırırıq ki 2 - 7 fevral 2024-ci il tarixində Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Kulinariya Olimpiadasına (İKA) Milli komandaların qeydiyatı başlanmışdır.
İKA Dünya Kulinariya Assosiasiyaları Birliyinin (WACS) tərəfindən 4 ildən bir keçirilir.
İKA Dünyanın ən mötəbər ən tanınmış kulinariya hadisəsidir. 2020-ci ildə İKA 100.000 (yüz min) nəfər qonaq qəbul etmişdi.
Peşakar Olimpiya Komandasının qeydiyyat xərciylə birlikdə cəmi xərcləri 31.250 (otuz bir min iki yüz əlli ) avro, Gənclər Olimpiya Komandasının isə 28.650 (iyirmi sekkiz min altı yüz əlli) avro civarındadır.
10 nəfərdən ibarət Azərbaycan peşakar milli kulinariya komandasının Olimpiadada qeydiyyat xərci 1800 avro təşkil edir (indi ödəməliyik).
10 nəfərlik gənclər milli komandasının qeydiyyat xərclıri 1600 avro təşkil edir (indi ödəməliyik).
Sizinlə şifahi danışıqlarımızda Agentiyin Milli Komandaların yaradılmasında maraqlı olduğunu demişdiniz.
Bunları nəzərə alaraq Dünya Kulinariya Olimpiadasında iştirak edəcək Milli Komandalara müvafiq Maliyyə dəstəyi göstərmənızi rica edirik.”
Üstündən iki aya yaxın vaxt keçdikdən sonra, daha dəqiqi 4 may 2023-cü ildə Azadə xanımdan cavab alır ki, guya ona kömək etmək imkan xaricindədir.
Nə isə, sözümün canı odur ki, illərlə Azərbaycan mətbəxinin tanınmasına xidmət edən bir insanı küsdürmək olmaz. O, bu yolda necə deyərlər, can qoyub, ömür sərf edib. Tahir Əmiraslanov sözün əsl mənasında peşəsinin akademikidir. Yaxşı olar ki, Dövlət Turizm Agentliyinin sədri Tahir Əmiraslanovu qəbul edib arada olan narazılığa son qoysun...
Elman Eldaroğlu
ŞƏRHLƏRDƏN:
Elxan Memmedov:
MİLLİ MƏTBƏXİMİZİN ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA TANINMASINA, TƏBLİĞİNƏ ƏMƏK SƏRF ETMİŞ, ÖLKƏSİNƏ QIZIL MEDALLAR QAZANDIRMIŞ MİLLİ MƏTBƏX TARİXİMİZİ ARAŞDIRMIŞ ELMİ MƏQALƏ VƏ MONOQRAFİYALAR ÇAR ETDİRMİŞ ÖZ İŞİNİN PEŞƏKARI TAHİR ƏMİRASLANOVA BELƏ LAQEYD, BİGANƏ MÜNASİBƏTİ DÖVLƏT ƏRKANI BU İŞƏ CAVABDEH ŞƏXSLƏR BİLMİR?
ŞAİR QABİL BELƏLƏRİNİ NƏZƏRDƏ TUTUB DEYİRDİ:
,, MÜSİBƏT OLURUQ BİZ
SƏHV DÜŞƏNDƏ YERİMİZ.,,
Akif Heydarov:
Tahir Əmiraslanova qarşı çox böyük haqsızlıq edilib. Həqiqətən də Tahir müəllim öz peşəsinin akademikidir. Bu nə münasibətdir, nə yanaşmadır ? Ayblar olsun onu öz sevimli peşəsindən uzaqlaşdıranlara.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.