Seymur Ağayev: "Problem sənin özündədir"
Uzun zamandır ki, "Bolt" haqqında yazı yazmaq istəyirdim!
Qismət bu günə imiş.
Bu şirkət bir neçə ildir ki,Azərbaycanda fəaliyyətini gücləndirib.
Amma,yarıtmaz fəaliyyətini desək yalan olmaz.
Deməli,məsələ burasındadır ki, "Bolt" adlanan şirkətin mobil tətbiqi vastəsilə hər istəyən qeydiyyatdan keçib,taksi fəaliyyəti ilə məşğul ola bilir,narkomanlar da buraya daxildir.
Maraqlısı budur ki,əksər sürücülər,müştərilərlə heyvan kimi danışır.
Bununla bağlı bolta şikayət edəndə də,heçbir əhəmiyyət verilmir.
Qısacası,şikayət düyməsi, "xala xətri qalmasın" deyə tətbiqə əlavə edilib.
Dünən taksi çağırdım.
Bir ünvana gediş və dönüş üçün.
Sürücü qayıdıb deməz ki,"qardaş belə eləmə də"
Soruşdum ki,nə olub?
Deyir ki, "vallah sərf eləmir,gedişi ləğv edib,başqa maşın çağırın"
Nə isə,iş o həddə çatmışdı ki, sürücü ilə dalaşacaqdım.
Maşından enib,başqa taksi sifariş verdim.
O da gəlib çatdıqda deyir ki, "qardaş,gedişi ləğv edib,pulu mənim kartıma göndərməyin mümkündür?"
Bildirdim ki,olar.
Nə isə,lənət şeytana.
Sərbimi qoruyub,yolumuzu getdik.
İndi sual budur ki,bunlara bu sərbəstliyi kim verib?
Bolt 'u bizim canımıza kim ürcah edib?
Kimin himayəsindədir bu şirkət?
Vətəndaşları bu taksi xidmətindən istifadə etməməyə,hətta boykot etmətə dəvət edirəm.
Əgər bu gün,sənə it kimi davranılırsa,hələ üzərində pul da verirsənsə, o zaman problem sənin özündədir.
Demək ki,bunu haqq eləyirlər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.