BUGÜNÜN XRONİKASI: İlham Əliyev Moldovaya səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gəlib.
Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşıladılar.
X X X
Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Əvvəlcə birgə foto çəkdirildi.
Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik etdi.
“Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirdi.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldu, əlaqələrimizin perspektivləri müzakirə olundu.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edildi.
Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulandı.
Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirdi.
Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
X X X
Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi” nin Zirvə Toplantısında iştirakına görə minnətdarlığını ifadə etdi. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik etdi. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” nin Zirvə Toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edildi. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edildi. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulandı. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirildi.
Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi.
Dəvət məmnunluqla qəbul olundu.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.