Daşkənddə azərbaycanlı şairin Özbəkistana həsr etdiyi şeirlər kitabının təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə azərbaycanlı şair, Azərbaycan Yazıçılar birliyinin üzvü DamədSalmanoğlunun özbək dilinə tərcümə olunmuş “Özbəkistan duyğuları” lirik poemasının təqdimatı olub.
Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetinin Füzuli elmi-tədqiqatlar Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycandan və Özbəkistandan bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri, elm xadimləri, tələbələr iştirak ediblər. Qeyd edək ki, Füzuli elmi-tədqiqatlar Mərkəzi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılıb və burada Azərbaycana aid nəşrlər, atributlar, suvenirlər, məlumat kitabçaları yer almaqdadır və sözügedən mərkəz elmi araşdırmalar, təqdimatlar, kiçik tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Tədbiri giriş sözü ilə açan Füzuli elmi-tədqiqatlar Mərkəzinin rəhbəri, dosent Gülbahar Aşurova Azərbaycan və özbək xalqları arasındakı ədəbi dostluq əlaqələri, iki qardaş xalqın ədəbiyyatndakı yaxınlıqdan, bənzərlikdən geniş söz açaraq hər iki xalqın zəngin ədəbi mirasa sahib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyin sədrinin müşaviri Rauf Aslanov iki ölkə arasında mövcud əlaqələrin yazıçılar, ədəbiyyat xadimləri arasında da yüksək səviyyədə cərəyan etdiyinin qeyd edərək, yeni tərcümələrin, yeni nəşrlərin bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edərək bugün təqdimatı keçirilən sözügedən nəşrin bu sahıdı atılmış yeni bir addım olduğunu vurğuladı.
Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin mütəxəssisi, filologiya üzrə fəlsəfə doktor Kərimulla Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzinin bu qəbildən olan layihələrindən söz açaraq indiyə qədər Mədəniyyət Mərkəzi tərəfindən 100-dən çox tərcümə nəşr layihəsinin həyata keçirildiyini və bunlar arasında Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid çox sayda nəşrin yer aldığını qeyd edib. Şair, yazıçı DamədSalmanoğlunun yaradıcılığı haqqında söz açan K. Məmmədzadə onun zəngin, maraqlı ədəbi irsə sahib olduğunu qeyd edərək gələcəkdə əsərlərinin özbək dilinə tərcüməsinin geniş şəkildə həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən şairə, tərcüməçi sözügedən nəşri özbək dilinə uyğunlaşdıranGülziraŞaripova Azərbaycan poeziyasının zənginliklərindən, lətafətindən, əsrarəngizliyindən söz açaraq bu poeziyanın özbək xalqı tərəfindən də çox sevildiyini və buna görə də azərbaycanlı müəlliflərin əsərlərinin özbək dilinə uyğunlaşdırılmasına böyük zərurətin meydana gəldiyini də qeyd edib.
Poeziya həvəskarı Özbəkistanın xalq şairi Kamil Avezovun oğlu Novruz AvezovDamədSalmanoğlununşeirlərindəki incə poetik nüanslardan söz açaraq onun təqdimatı olan sözügedən kitabında özbək xalqına, Özbəkistana olan ülvi, səmimi sevgi hislərinin ifadə edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən poeziya həvəskarları Muxtar Əhmədov, QalandarSltanov və başqaları DamətSalamanoğlunun poeziyası haqqında öz fikirlərini bildirdilər.
Sonda çıxış edən şair DamədSalmanoğlu tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək özbək oxucularında onun poeziyasına qarşı olan bu diqqətin və sevginin onu daha da ruhlandırdığını qeyd edib.
Tədbirin sonunda Füzuli elmi-tədqiqatlar Mərkəzinin tələbələrdən ibarət “Füzuli dilbəndləri” qiraət qrupu tərəfindən DamədSalmanoğlununşeirlərindən nümunələr səsləndirilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.