CÜDO
-----------------------
Yeniyetmə cüdoçularımız Portuqaliyada Avropa Kubokuna 3 medalla başlayıblar
Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa Kuboku turnirinin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, start günü oğlanların yarışında -50 kq., -55 kq. və -60 kq. çəki dərəcələrində tatamiyə çıxan 7 cüdoçumuzdan üçü uğurla mübarizə apararaq mükafatçılar sırasında yer alıb. Həta Portuqaliyada Azərbaycan finalı da baş tutub. Belə ki, 50 kq. çəki dərəcəsində final görüşündə iki cüdoçumuz - Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Final Bahadır Feyzullayevin qələbəsi və qızıl medal əldə etməsi ilə bitib. Həlledici görüşdə öz komanda yoldaşına uduzan Nihad Məmmişovsa gümüşlə kifayətlənib. Daha bir cüdoçumuz - 55 kq. çəki dərəcəsində güləşən Həsən Həsənli isə çıxışını 3-cü pillədə bitirməklə bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb. Beləliklə, Azərbaycan yığması turnirin ilk gününü bir dəst (1-1-1) medalla başa burub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.