HÜMBƏT HƏSƏNOĞLU:
Yazmaq və ya yazmamaq haqqında (esse)
Atalar sözümüz var: “ Danışmaq gümüşdürsə, susmaq qızıldır.”
Fikirləşirəm ki, atalar sözündəki
" susmaq" danışmayıb səhv buraxmamaq istəyindən doğur. Yəni, yalnız danışan insan səhv buraxar ki, bu da ona qarşı istifadə oluna bilər. Tarix boyu da istifadə olunub.
" Dediyinə" görə nə qədər insanı asıb, kəsib, yandırıblar. "Demədiyinə" görə hələ heç kimə, heç nə etməyiblər. Böyük Nəsimi sussaydı, dərisini soyardılarmı?
Demokratik Amerikada polis vətəndaşı tutanda ona ilk sözü o olur ki; " sizin susmaq hüququnuz var, dediyiniz sözlər məhkəmədə sizə qarşı istifadə oluna bilər.”
Facebookda yazan dostlar, nəzərə alın ki, nə yazsanız burada həmişəlik qalacaq və sizə qarşı istifadə də oluna bilir.
Amerika polisinin istənilən vətəndaşı saxladıqda dediyi məşhur cümləni təkrar edirəm:
Sizin FB- də yazmamaq hüququnuz var, yazacağınız bütün fikirlər sizin əleyhinizə istifadə oluna bilər.
Burada yazmayanlar qocalana qədər rahat, sorğusuz yaşayacaqlarına əmin olsunlar.
Amma, onlar yazanların öz fikirlərini ifadə etməkdən aldıqları məmnunluğu da dada bilməyəcəklər.
Tarix susmayanları sevir. Elə heykəl də "susmayan" Nəsimiyə qoyulub.
İnsanın bu səbəbdən həmişə seçimi var, sadə görünən, amma heç də sadə olmayan seçimi; yazsın, ya yazmasın.
Mən yazdım, sizin də cavab yazıb, ya yazmamaq seçiminiz həmişə var.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.