18 MAY – BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ “TƏBİƏTİN MUSİQİSİ” ADLI TƏDBİR KEÇİRİLİB
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün Memorial Muzeyi ilə birgə 18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Təbiətin musiqisi” adlı tədbir keçirilmişdir. Bu il Beynəlxalq Muzeylər Gününün mövzusu “Muzeylər, dayanıqlılıq və rifahdır”.
Tədbirdə muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova mövzu ətrafında çıxış etmişlər.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistinin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri – Heydər Əliyev adına IV Respublika Müsabiqəsinin qaliblərinin, R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifalarında “Təbiətin musiqisi” adlı konsert proqramı ilə davam etmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.