Meşə yanğınlarının səbəbi: İQLİM VƏ İNSAN
Son illərdə artan meşə yanğınları ağaclara, bitki örtüyünə və meşədə yaşayan bir çox canlılara ciddi ziyan vurur. Araşdırmalar göstərib ki, iqlim dəyişikliyi ilə atmosferdə qeyri-sabitliyin artması, temperaturun yüksəlməsi, quraqlığın artması, davamlı isti dalğaları kimi meteoroloji və iqlim şəraiti yanğınların sayında ciddi artımlara səbəb olur, lakin iqlim şəraiti yanğının başlaması üçün kifayət etmir. Havada olan oksigen, istilik və yanacaq adlanan ot və ya nazik yanar maddələr müəyyən sürətlə birləşərək yanma reaksiyası verdikdə yanğın başlayır. Ədəbiyyatda bu üç elementə atəş üçbucağı deyilir. Meşə yanğınları xüsusilə yay, quraq yaz və payız dövrlərində artır. Meşələrin yandırılması çoxlu ekoloji ziyana səbəb olur. Dünyada hər il böyük ərazilər yanğınla qarşılaşır. Meşə yanğınları qeyri-ixtiyari baş versə də, bəziləri bilərəkdən baş verir. Təbiətə ziyan vurmaq istəyən şəxslər adi bir kibritlə hektarlarla ərazini külə döndə bilirlər. Bütün bunların mənbəyində dövlətə qarşı düşmənçilik dayanır. Son illərdə Türkiyədə hər il qəsdən yanğın törədilir. Eləcə də Azərbaycanda bu terror baş verməkdədir. Yaxın günlərdə İsmayıllıda meşə yanğını baş verib. Araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. Meşələrdə tikinti sahələri, otellər, siqaret kötükləri yanğın ehtimalını artırır. Meşələrdə tikinti, turizm, sənaye, mədən obyektlərinin qarşısını almaq lazımdır.
Umay
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.