09 may 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. QHT
1. Ana Səhifə
2. Mədəniyyət
QHT Mədəniyyət

Rafiq Rəhimli:   BİZDƏN SONRA ANILACAQ ŞƏXSİYYƏT -ÜÇ YARADICILIQ BİRLİYİNİN FƏALI HAQQINDA

1 il əvvəl 1042 01

Rafiq Rəhimli:

BİZDƏN SONRA ANILACAQ ŞƏXSİYYƏT

ÜÇ YARADICILIQ BİRLİYİNİN FƏALI HAQQINDA

Yazıçı, jurnalist, fotoqraf, Humay  mükafatı laureatı, Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar Birliklərinin üzvü Şirməmməd Nəzərli.
Nurlu üzünün arxasında nurlu bir şəxsiyyətin kamil obrazı durur. Başqa sözlə desək, daxilinin nuru üzünə çilənib. Bu müqəddəs əmanəti qorumaq, onu sabahın pillələrinə aydınlıq olsun deyə səpmək üçün ömrünün 75-ci  pilləsinin tamamında da gənclik şövqi ilə çalışır. Daha kamil bir mesaj ötürmək üçün...
O, yazıçı kimi: Roman, hekayə, tərcümə, dram əsərlərindən və bədii film ssenarlərindən ibarət 16 kitab müəllifidir. “Müctəhidin yuxusu” (ADADT), “Yusifin qəmi”(Sumqayıt DDT) pyesləri və həmmüəllif olduğu daha iki səhnə əsəri müxtəlif illərdə tamaşaya qoyulub. Müəllifin "Tac Mahal və ya iki damla göz yaşı" radio tamaşası Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunur. “Mən haqqı sevirəm”mistik televiziya tamaşasının  mətni isə Azərbaycan Yazıçılar Biliyinin saytında yerləşdirilib və  16 mindən çox oxucu toplayıb.”Erməni qadının etirafları” adlı tammetrajlı bədii film ssenarisi Qarabağ problemlərinə həsr olunub.“Çəkilməyən film”romanı, “13 hekayə. 13 rasskazov”, “Yusifin qəmi. Peçal Yusufa”və digər kitabları ədəbiyyat sferası tərəfindən yüksək qiymətləndirilir. “Luç”Mədəniyyət Xadimləri Assosiasiyasının elan etdiyi “Ən yaxşı hekayə” (rus dilində) beynəlxalq müsabiqəsində 98 əsər sırasında Ş.Nəzərlinin “Atasının oğlu” əsəri ikinci yerə layiq görülüb.  "Tac Mahal və ya iki damla göz yaşı" radio tamaşası Azərbaycan radiosunun "Qızıl fondu"nda qorunur. Fərəhli haldır ki, onun hekayələri vaxtaşırı dövrü mətbuatda dərc edilir. Müəllifə xas bədii xüsusiyyətlərdən ən önəmlisi odur ki, o, bütün nəsrıni sanki kino kamerası üçün nəzərdə tutaraq yazır və bütün bu əsərlər gözlənilməz sonluqla bitir. Müəllifin “Çəkilməyən film romanı” ibrətamiz hekayətdir, əsərin boyuna sanki serial donu biçilib, həm də ədəbiyyatımızda kino rejissoru haqqında bəlkə də ən irihəcmli nəsr nümunəsidir.
Publisist kimi: Əfqanıstan  müharibəsində (1979-1989) həlak olmuş 214 gənc Azərbaycan hərbçisi haqqında 10 il ərzində araşdırma apararaq oçerk və onu müşayiət edən fotoportret hazırlamaqla  “Ömrün qönçə çağında” kitabını (2012) ərsəyə gətirib. Dövri mətbuatda çoxsaylı yazıları ilə yanaşı, elmin populyarlaşdırılması məqsədilə  özünün məqalələrinə və alimlərin araşdırmalarına, onların elmi nailiyyətlərinə həsr edilmiş müsahibələrdən ibarət “Elmin cazibəsi” sislsilə kitabların (hələlik 3 kitab nəşr olunub. Layihə rəhbəri akademik Akif Əlizadədir) müəllifidir.  Ş. Nəzərli təhsil aldığı BDU-nun 100 illiyi münasibətilə Jurnalistika fakültəsi Elmi şurasının  qərarı ilə  bu ali məktəbin  tələbələri üçün metodik vəsait kimi “Foto və söz ” kitabını (2018) hazırlayıb.
Jurnalist kimi: Ş.Nəzərli 1977-ci ildə ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirdikdən sonra Bakı Məişət Kondisionerləri zavodunun radio-qəzetində redaktor,  Dövlət Teleradio Şirkətində kiçik redaktor, Azərbaycan Jurnalistlər Birliyi (AJB) İdarə Heyətində baş məsləhətçi, Jurnalist Föndunun direktor müavini, “Vışka”qəzetinin Ukrayna üzrə xüsusi müxbiri, “İRS” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, “Azəri prodakşn”ın baş redaktoru işləyib. Bu illər ərzində onun təşəbbüsü ilə AJB-nin Naxçıvan Muxtar Respublikası bölməsi yaradılıb, Abşeronun Nardaran kəndində Beynəlxalq Jurnalist Evinin tikintisi üçün SSRİ  Jurnalistlər İttifaqından maliyyə vəsaiti ayrılmasına nail olub, ADU-nun üstündən yabançı ad M.Ə. Rəsulzadə ismilə əvəzlənib, “Əməkdar Jurnalist” fəxri adı bərpa edilib və s. Sumqayıt hadisələrinin  əsl səbəbkarları onun  jurnalist araşdırmasında öz əksini tapıb və Türkiyə mətbuatında işıqlandırılıb. Baş redaktoru olduğu “İRS”  jurnalı üçün hazırladığı aktual materiallara görə HUMAY mükafatın layiq görülüb.
Ş.Nəzərli Qarabağ separatçılarının cürət tapdıqları 1989-cu ildə  AJB-nin  tapşırığı ilə ölkənin rayon və çoxtirajlı qəzet redaktorlarından ibarət (40 nəfər) heyətə rəhbərlik edərək, SSRİ  Jurnalistlər İttifaqının təşkilatçılığı ilə keçirilən   seminara qatılır. Bu seminar planına daxil edilmiş tədbirlərdə Moskva tərəfi ermənipərəst mövqelərini  açıq biruzə verdikdə Azərbaycan jurnalistləri etirazlarını bildirirlər.  Belə görüşlərin birində azərbaycanlı jurnalist, siyasi icmalçı Aleksandr Bovindən  Qarabağ probleminə açıq münasibət bildirməsini istədikdə arvadı gənc erməni qızı olan A. Bovin deyir: ”Açıq sualınıza açıq cavabım belədir: mən erməniləri dəstəkləyirəm!” Bu cavabdan sonra tədbir iştirakçıları A.Bovinin simasında Moskvanın birtərəfli siyasətinə qarşı etiraz səslərini ucaldırlar. Beləliklə, tədbirdə stress yaşanır,  iştirakçılardan olan bir çoxtirajlı qəzet redaktoru ürəyindən  yapışır... Tezliklə Bakıya qayıdan jurnalistlər onun ürək tutmasından vəfat etməsi xəbərindən sarsılırlar...
Ş.Nəzərli 1990-cı il faciəsində M.Qorbaçovun mənfur siyasətini ifşa etmək məqsədilə yanvar qırğınını əks etdirən   fotosənədləri, o zamankı Ali Soveti sədrinin və Şexülislamın bəyənatlarını 96 zərf halında toplayaraq, AJB –nin təşkilatçılığı ilə yanvar ayının 26-da gizli yollarla risq edərək Mahaçqalada poçt vasitəsilə  SSRİ-nin bütün iri partiya təşkilatlarının ünvanına  yola salır. Çünki fevralın 6-da SovİKP MK-nın plenumu olacaqdı və iştirakçı KP funksionerləri cinayətkar Qorbaçovla üzləşəcəkdilər.
Jurnalist Ş.Nəzərli Moskvada yaşadığı müddətdə böyük çətinlikləri və süni maneələri dəf edərək azərbaycan diasporunun orqanı olan və peyk anteni ilə yayılması nəzərdə tutulan “AA TV” kanalının Rusiya Federasiyasının Dövlət qeydiyyatından keçirməyə nail olub. Lakin diaspordan və  respublika daxilindən  kanalın fəaliyyəti üçün heç bir yardım, dəstək göstərilməyib...O, KİV-də mütəmadi çıxış edir, jurnalist yazıları müsabiqələrində dəfələrlə I yerə layiq görülüb.
Fotoqraf kimi: Foto sənətinə göstərdiyi həvəs çoxlu sayda mənalı və keyfiyyətli şəkillərin yaranması ilə nəticələnib. İlk foto sərgisi 2009-cu ildə Yazıçılar Birliyində təşkil olunub. Müəllifin fərdi foto sərgiləri sonra Azərbaycan Fotoqraflar Birliyində, Azərbaycan Mətbuat Şurasında, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinın Mədəniyyət Mərkəzində və V.Səmədova adına sərgi salonunda reallaşıb. Ş.Nəzərli “Azərbaycan rəssamlarının foto portetləri” adlı sərgisində 55 sənətkarın iriölçülü portretini nümayişdən sonra özlərinə hədiyyə edib. Foto sənətinin peşəkar və operativ təbliğinə görə AYB onu “İlin fotoqrafı”(2011) nominasiyasının qalibi kimi təltıf edib.
Bu il may ayının 31-də 75 yaşı tamam olacaq Ş.Nəzərli hazırda Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda  İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində işləyir.

Sadalanan faktlar kamil bir insan obrazının mənzərəsini yaradır. Bu mənzərədə fədakar bir vətəndaş, yazıçı, jurnalist və fotoqrafın yorulmaz əməyinin, tükənməz istedadının şahidi oluruq.  Əslində essenin ekzpozisiyasında  Şirməmməd Nəzərliyə məxsus bütün mesajları oxuduq.  Buna baxmayaraq,  bəzi məqamlarına görə pərdə arxasında qalan bir yazıçı, bir dramaturq obrazının da tablosunu çəkmək istərdik. Ona görə də müəllifin müxtəlif ədəbi janrlarada tam fəaliyyəti barədə olmasa da,  bir teatr mürəxəssisi kimi Ş.Nəzərlinin bir neçə dramaturgiya nümunəsi haqqında söz deməyi lazım bildim.
Bu,  İlahi bir qismətdir, Alın yazısıdır, ondan adlamaq olmur.  Qələm adamları da seçilmişlərdir, çünki ötürmə missiyaları  var. Hər kəs ali təhsilli ola, elm qazana bilər, amma istedad İlahi bir mükafat, məsuliyyət, ömürlük bir ağır yükdür. Onu şərəflə daşımaq hər adama nəsib olmur. Şirməmməd Nəzərli bu ağır yükün altında əzilmədi, onu şərəflə daşıdı, günümüzə çatdırdı, sabaha bir pəncərə açdı missiyası belə müəyyənləşdirildiyi üçün! Ali missiya da bunu tələb edir. Əgər qələmə sarılmısansa, dünənə işıq salmalı, bu günü təsvir etməli, sabaha mesaj ötürməlisən. Ş. Nəzərli bizə nə dedi, ondan sabaha nə əmanət qalır?
Şirməmməd Nəzərli, bir yazıçı kimi,  insanlara İNSAN obrazını təqdim edir. Güclü müşahidə qabiliyyəti  ciddi seçim hüququ verdiyindən qələmindən süzülən hər bir obraz, xarakter günümüzlə səsləşir, eyni zamanda, sekulyarlaşır.  Onun yaradıcılığında fərdi problemlər sosial problemlərə çevrilir ki, bu da yaradıcılığını məişərçilikdən, daha doğrusu, yaradıcılığını məişət dramından uzaqlaşdırır.
“Yusifin qəmi” pyesi Moskvada rus və Azərbaycan dillərində çap edilmişdir, Rusiya  Dövlət Duması sədrinin keçmiş müavini Vyaçeslav (Əli)  Polosin əsərə ön söz yazmışdır. Ölkəmizdə din tarixi mövzusunda yazılmış dramaturji materiallar arasında ideya və fəlsəfi baxımdan seçilən bir əsərdir. Əsərin əsas mənbəyi tarix və müqəddəs kitabımız Qurani-kərim olduğundan müəllif tarixi faktlara sadiq qalaraq məxəzlərdən istifadə etmişdir. Bu dram əsəri Azərbaycan Mədəniyyət Nazirliyinin elan etdiyi "Ən yaxşı pyes" müsabiqəsində qalib gəlmiş iki səhnə əsərindən biridir. Əsərə Sumqayıt  Dövlət Dram Teatrında  Əməkdar incəsənət xadimi Bəhram Osmanov uğurla səhnə təcəssümü vermişdir.
Biz, bir mütəxəssis kimi,  bu pyes haqqında bir qədər geniş söhbət açmaq istəyirik. Ş.Nəzərli din tarixinin maraqlı şəxsiyyətlərindən olan Yusif peyğəmbərin əhvalatından pyesində istifadə etmiş, onu daxili və zahiri gözəlliyin təcəssümü kimi vizuallaşdırmışdır. Pyesdə təkallahlığın prinsipial əhəmiyyəti, insan ağlının gücü, Allaha tapınmağın fəziləti, məhəbbətin saflığı vəsf olunur. Qulluqçulardan İrenin monoloqundan: “Doğrusu, adam məəttəl qalır, bilmir ki, Yusifin gözəlliyi çoxdur, ağlı üstündür, yoxsa həyası-izzəti artıqdır,” - cümləsi bir daha anladır ki, Allah sevdiyi bəndəsinə hər cür gözəl məziyyəti verməyə qadirdir.
Obrazların psixoloji durumu, təsvir olunan xarakterin bütövlüyü elə ilk dialoqda böyük təəssürat oyadır. Bunu da müəllifin əsas uğurlarından hesab etmək olar. Elə dramturji materialın gücü də natamam obraz və epizodların olmamasındadır.
Ümumiyyətlə, pyesdə təqdim olunan monoloji, dialoji, polioloji proseslər ağıl və məntiqin nəticəsi kimi sadə mətndən vizuallığa doğru yön alır. Dramaturq bütün fikir və məntiq çözümündə İlahi hikmətə sığınır.
Müəllif həyat həqiqətlərini vizuallaşdıranda, ağıl və hikmətin əhəmiyyətini təsdiqləyir. «Nəfsimə baş əysəm, nemət Sahibinə xəyanət etmiş olaram», - deyən Yusif bütün ruhu, mənəvi dünyası, ağıl və məntiqi ilə ona həyat Verənə bağlıdır. Müəllif bütün ilahi gerçəklikləri baş qəhrəmanın dili ilə bir növ sübuta yetirir.
Yusif: “Mən iman məclisində suda üzən balıq kimi sərbəst oluram, ürəyim gülür. Allahsızların əhatəsində isə qəfəsdəki quşa bənzəyirəm».
Baş qəhrəman qadınla bağlı səhnələrdə çox güclü sınaqlardan keçir, lakin heç bir halda əqidəsindən dönmür. Qız adlı obraz Yusifə var-dövlət, böyük maddi və mənəvi imkanlar vəd edir, təqvalı Yusif isə  ağlının qüdrəti ilə nəfsinə qalib gəlir.
Yusif: “Yanılma, qız! Gözəl mən yox, Yaradandır. Yaradan gözəl yaradıb. Ulu Tanrımız gözəl sifətlərindən yalnız bir kiçicik zərrəni lütf qılıb bizlərə minnət qoyaraq verib».
Yusifin təfəkküründən süzülən bu fikirlər əslində müəllifin söykəndiyi Qurani-kərimdən su içir. “Əks ilə əsli səhv salmaq” dedikdə, müəllif hər şeyin İlahi qismətdən gəldiyini, insan həyatının iman qüdrətində qadağa və icazələrə münasibətini açıqlayır. Yusifə dəlicəsinə vurulan gözəl Züleyxa da səhvini anlayır, kor olmasının səbəbini başa düşür, günahının dərəcəsini dərk etdiyi üçün daxili özünütəmizləmə prosesinə məruz qalır. Uca Allahın varlığını, təkliyni, əvəzolunmazlığını təsdiq edən, həm də təqvalı Yusif peyğəmbərin  təmənnasız xidmətini, pak ömrünün “Yusifin qəmi” əsəri nəsri-vizuallaşdırmanın gözəl nümunəsi kimi  müəllifin böyük uğuru sayılmalıdır.
“Memarın taleyi” pyesi bəşəriyyətə yol göstərən nurlu şəxsiyyətlərin məhv edilməsinə həsr olunub. Məgər bu gün istedadlar məhv edilmirmi? Bunu bizə kim edir? Elə öz qonşularımız, bizi gözügötürməyənlər, paxıllığı qeyrətinə üstün gələnlər. Məkr və hiylənin insan həyatını necə məhv etdiyini hamımız aydın  görürük. Tac-Mahalı tikdirənin də qəlbinin  gözləri qapandığından, o türk memarının qollarını kəsdirir ki, ikinci belə bir memarlıq abidəsi tikilməsin. Bu əsərin fabula xəttinin şaxələrində əsas ideyaya xidmət edən bir sıra ciddi məqamlar və hadisələr var: memarın məhəbbəti, Molinadinin sədaqəti. Bütün bunlar ürək titrədən hadisələrdən yoğrulub və müəllif onu janrın xüsusiyyətləri çərçivəsində həll edib.
“Madaqaskar buqələmunu”   dramında  adi tanışlıqdan başlanan  münasibət sonra daha ciddi siyasi rəng alır. Sən demə, Janna kəşfiyyata göndərilmiş bir cəsusdur. Üzdəniraq “vətənpərvərlərin” pozğun kimi müsəlman kişilərin qoynuna saldıqları “gözəlçələr”onlardan informasiya toplayıb, milli mənsubluğunu təsdiq edən zəngin xəzinələrini – kəşflərini oğurlayıb öz adına çıxaran buqələmunların ifşası çox aktualdır. İlk baxışda məişət dramı təəssüratı aşılayan pyes, məkan dəyişikliyindən sonra süjet və hadisə xəttində ciddi dəyişikliyə səbəb olur ki, bu da dramaturji inkişaf üçün mühüm rol oynayır. Təhlükəsizlik xidmətinin əməkdaşının gəlişi və Jannaya özünü tanıtması ilə hadisə zirvə nöqtəsinə çatır. Çünki biz bununla baş qadın qəhrəmanın məqsədini və bununla da müəllifin məqsədini dərk edirik. Deməli, hadisələrin düyünləri artıq açılmağa doğru getməlidir.  Təhlükəsizlik əməkdaşı Jannanın  bütün daxili aləmini, onun  Malikin evindən etdiyi oğurluğu, hətta restorandakı yaxınlaşma səbəbini açır.
İki məşhur tarixi şəxsiyyətin həyat və yaradıcılıq faktlar  əsasında yazılmış “Mən haqqı sevirəm” birpərdəli  mistik televiziya tamaşasının  mətni dilimiz, dinimiz, ölkəmiz haqqında, o cümlədən, millətimizin tolerant ruhiyyəsi, onun sübutunun L.N.Tolstoyun, M.Füzulinin simasında səslənməsinə görə və bir çox digər  gözəl məziyyyətləri səbəbindən çox yüksək dəyərləndirilməlidir. Təsadüfi deyil ki, əsər çağdaş dram əsərlərilə müqayisədə mövzu baxımından yeni göründüyündən müzakirə və mübahisələrə səbəb olub. Düşünürəm ki, bu, normaldır. Dramaturqun səhnə əsərlərinin təhlilini aparmış AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşlarından biri   Şirməmməd Nəzərlinin “Mən haqqı sevirəm” pyesi haqqında yazıb: ”Ş.Nəzərli bütün gücünü bizi Azərbaycan şairi Füzulinin müdrikliyi, sənəti qarşısında öz cahilliyini, puçluğunu anlayan rus yazıçısı Tolstoyun halına acımaq üçün səfərbər edir. Və buna nail də olur. Doğrudan da, böyüklüyü ilə bir dünyaya sığmayan Tolstoyu dramaturgiyamızda “Hədiqətüs-süəda” əsəri barəsində “qəhrəmanın da dünyada yeganədir, haqqında yazılmış əsər də” düşüncəsində görüncə bu nəhəng yazıçısının halına acımamaq olmur...”
Hazırda ABŞ-da yaşayan  digər bir müstəqil ədəbiyyat araşdırıcısı Ramik Cəfərzadə  “Mən haqqı sevirəm” əsərinin incəliklərini təqdir edir, bu cür mövzuya hər qələm sahibinin müraciət etməməsini vurğulayır, eyni zamanda, belə bir cəhəti də qeyd etməyi lazım bilir ki, pyesdə M.Füzulinin mənsub olduğu  millət barədə dedikləri hazırda azərbaycanlılarmızın  düşüncələrilə üst-üstə düşür, lakin yaxşı olardı ki, müəllif bu məziyyəti  MİLLƏT yox, ÜMMƏT baxımından təqdim edəydi...
Əsərdə rus yazıçısı L.Tolstoyun çətin axirət imtahanı öncəsi durumuna görə M.Füzulinin onun üçün etdiyi dualar qəlbi titrədir, alicənablıq, insansevərlik dərsliyi kimi yaddaşa hopur.
Müasir Azərbaycan ədəbiyyatında öz yolu və uğurları ilə seçilən  Firuz Mustafa  dramaturgiyamız barədə hesabat xarakterli araşdırmasında milli-mənəvi dəyərlərə söykənərək qiymətli səhnə əsərləri yaratmaqda seçilən həmkarları sırasında Şirməmməd Nəzərlini də xüsusi qeyd edir. Sadalanan və deyilməyən rəylər bir daha göstərir ki, müəllifin səhnə əsərləri diqqətə layiqdir. Biz isə təəssüf edirik  ki, müəllif dərin mətləblərə söykənən bu əsəri yalnız mistik televiziya film-tamaşa  formatında təqdim edir, teatr həvəskarlarını sanki feyziyyabdan məhrum qoyur. Deyirəm, bəlkə müəllif hazırda TV lərdə kifayət qədər vaxt zəbt edən bəzi zəif serialların mövcudluğuna etirazını yeni təklif kimi bu yolla verir?
Sonda onu da deməliyik ki,  Şirməmməd Nəzərlinin çoxşaxəli və maraqlı nəsr yaradıcılığı haqqında geniş tənqidçi sözünə bu gün  ehtiyac duyulur.

Rafiq Rəhimli,   Əməkdar mədəniyyət işçisi, “Qızıl Kitab” mükafatı laureatı

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com