Melanxolik depressiyaya qısa baxış...
Melanxoliya günümüzdə daha çox depressiya nəticəsində yaranan, insanın adi haldan daha az aktiv və həyəcanlı həyat tərzi sürdüyü əhval pozğunluğu mənasında işlədilir.2000 ildir ki, ruhi xəstəliklərin bütün təsnifatlarına daxil edilmişdir. İndi bu termini işlətmək əvəzinə “depressiya” ifadəsi işlədilir. Bu gün melanxoliya termini istifadə edildikdə, ağır və ya psixotik depressiyanın mövcudluğu başa düşülməlidir. Daha çox 30 yaşdan sonra yaranan melanxoliyanın səbəbləri müxtəlif ola bilər. Melanxoliya tənhalıq və kədər vəziyyəti kimi tanınsa da, əslində psixoloji bir vəziyyətdir. Bu, depressiya hissi və səbəbsiz bir şey etmək istəməməsi kimi özünü göstərir. Əvvəllər şizofreniya kimi daha ciddi və fiziki pozğunluqlara söykənən melanxoliya özü ilə müəyyən bir mədəniyyət və kult gətirmişdir. Bu gün sevgi və ya şəxsiyyət qarışıqlığı kimi emosional səbəblərlə əlaqələndirilir. Melanxolik xasiyyətli insanlar bu vəziyyətin çarəsizlikdən qaynaqlandığını desələr də, əslində bütün diqqəti cəlb etməkdir.İnsan diqqətinin özündən başqa şeylərə yönəldiyini görəndə özünü göstərmək üçün melanxoliyanın arxasında gizlənir. Melanxoliya- tənha, bədbəxt, dünyadan viran, ümidsiz, əzab çəkən insanın vəziyyətidir. Bu insanlar cəmiyyətdən uzaqlaşıb tək qalmaq, yaxın münasibətdən qaçmaq istəyirlər.Onlar tək qalanda əziyyət çəkirlər.
Umay
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.